Bamiyə (şirniyyat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ballıbadı

Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür.

Lazım olan məmulatlar[redaktə | mənbəni redaktə et]

Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q.

Hazırlanma qaydası[redaktə | mənbəni redaktə et]

Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.

Mənbə[redaktə | mənbəni redaktə et]