Alaxançallı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Alaxançallı
40°23′06″ şm. e. 46°05′59″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 622 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Alaxançallı xəritədə
Alaxançallı
Alaxançallı

AlaxançallıAzərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.[2]

Yaşayış məntəqəsi XIX əsrin ortalarında yaranmışdır. Tədqiqatçıların bir hissəsi toponimi ayrımların alaxançallı nəslinin adı ilə, digər hissəsi isə "xəncər gəzdirən Alı" yozumu ilə bağlayırlar. Bu oykonim 1917-ci ildə Alıxançalı şəklində qeydə alınmışdır. Oykonimin düzgün variantı da elə budur. Kəndin adı Alıxan (antr., alıxanlı nəslinin banisi), çal (bozqır, geniş düzən, meşəsiz sahə) və (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Alıxana və ya alıxanlı nəslinə aid düzənlik yer" deməkdir.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncəçayın sahilində, Qoşqar dağının ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar Qeyd
1999[4] 537 280 257 Kitabda əhali sayı göstəricisi Şahkərəm
kəndinin əhali sayı göstəricisi ilə qarışdırılmışdır.
2009[5] ↗622 ↗317 ↗305

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Kənddə Alaxançallı kənd kitabxana filialı, Alaxançallı kənd klubu fəaliyyət göstərir.[6]

Kənddə 112 şagird yerlik Daşkəsən rayon Alaxançallı kənd tam orta məktəbi fəaliyyət göstərir.[7][8]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Alaxançallı kənd tibb məntəqəsi yerləşir.[9]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. Alaxançallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 31. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 78.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  6. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  7. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  8. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  9. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]