Pomidor kababı
Naviqasiyaya keç
Axtarışa keç
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir.
Hazırlanması[redaktə | mənbəni redaktə et]
Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir.
İstifadə[redaktə | mənbəni redaktə et]
Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 121