Ümid Partiyası (Azərbaycan)


Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir.

Azərbaycan Ümid Partiyası

(Ümid Partiyası)
Loqonun şəkli
Sədri İqbal Ağazadə
Qurucu Əbülfət Əhmədov
Quruluş tarixi 1993
Qeydiyyat tarixi 5 may 1993
Baş qərargah
İdeoloji spektr mərkəz sağ
Üzvlüyü Bizim Azərbaycan Bloku (2003-2005)
Qarabağ Bloku (2010-2015)
Azərbaycan Xalq Hərəkatı (2018)
Üzv sayı 5 mindən çox[1] (2023)
Şüar

Ümidli gələcək, ümidlə gələcək
Sizinləyəm (2015)[2]

Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı umidparty.org

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur.[3]

Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub.

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir.[4]

2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.

2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarının bir hissəsi ciddi bədən xəsarəti alıb və 6 nəfər həbs olunub.

2003-cü ilin 17 oktyabrında Ümid liderinin deputat toxunulmazlığı ləğv edilib. DİN MCQMİ əməkdaşları İqbal Ağazadənin evinə basqın edərək, onu 17 nəfər ailə üzvü, vəkili və jurnalistlərlə birlikdə həbs edib.

Siyasi böhrandan sonra müxalifətin ilk birgə tədbiri 20 aprel 2004-cü ildə Ümid Partiyasının Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

Bir il davam edən məhkəmə prosesindən sonra 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin qərarı ilə 3 il müddətinə həbs olunan partiya lideri İqbal Ağazadə digər silahdaşları ilə birlikdə beynəlxalq təşkilatların təzyiqləri nəticəsində 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilib.

Seçkilərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

2003-cü il may ayının 9-da partiyanın Ali Məclisi 2003-cü ilin prezident seçkilərində "Bizim Azərbaycan" blokunun namizədi Müsavat başqanı İsa Qəmbərin namizədliyinin dəstəkləmək və "Bizim Azərbaycan" blokuna qoşulmaq barədə qərar çıxardı və Müsavat partiyası ilə 21 may 2003-cü il tarixdə ikitərəfli saziş imzalandı.

15 oktyabr 2008-ci ildə Ümid Partiyası Prezident Seçkilərində iştirak edib. Ümid Partiyasının Qurultayında prezidentliyə namizəd olaraq, partiya sədri İqbal Ağazadə təqdim olunub və sədr Prezident Seçkilərində iştirak etmək hüququ qazanıb.

2013-cü il 9 oktyabr prezident seçkilərində də partiyanın namizədi İqbal Ağazadə olub.

2018-ci il 11 aprel növbədənkənar Prezident Seçkilərində partiyada Qurultay keçirilmədiyi üçün seçkilərdə iştirak edə bilməyib.

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

6 iyun 2005-ci il tarixdə Ümid Partiyasının Ali Məclisi "Bizim Azərbaycan" blokunda təmsilçilikdən imtina etməklə, Müsavat və digər partiyalarla ikitərəfli əməkdaşlığın davam etdirilməsini qərara aldı.

Ümid Partiyası 6 noyabr 2005-ci il Parlament Seçkilərinə 30 namizədlə qatılıb. Bu namizədlərdən biri də 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Ümid Partiyasının lideri İqbal Ağazadə olub.

7 noyabr 2010-cu ildə Ümid Partiyası Parlament seçkilərinə Qarabağ bloku ilə qatılıb. Qarabağ blokunda Ümid Partiyası ilə yanaşı ADP və Aydınlar Partiyası da olub. Bu seçkilərdə də partiya bir mandatla parlamentdə təmsilçilik qazanıb, partiya sədri İqbal Ağazadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən millət vəkili seçilib.[5]

Partiya 1 noyabr 2015-ci ildə parlament seçkilərinə 125-lər Siyasi Klubu layihəsi ilə (125 seçki dairəsinin hər birindən namizəd) qatılıb.

2020-ci il 9 fevral 70-ə yaxın namizədlə növbədənkənar parlament seçkilərinə qatılıb, 35 saylı Xətai III Seçki Dairəsində favorit namizədlərdən biri İqbal Ağazadə olmuş, şikayətlərdən sonra 11 fevral tarixində seçkilərin nəticəsi ləğv edilmişdir.[6]

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Əbülfət Əhmədov
0 / 100
Mərkəzi Seçki Komissiyası tərəfindən vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərə buraxılmadı.
0 / 125
2000
0 / 100
Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərə qatılmadı.
0 / 125
2005

İqbal Ağazadə
1 / 125
N/A N/A N/A
1 / 125
2010 21 605 0.90
1 / 125
N/A N/A N/A
1 / 125
2015 14 815 0.52
0 / 125
N/A N/A N/A
0 / 125
2020
0 / 125
N/A N/A N/A
0 / 125
2024 N/A N/A N/A
Seçki Sədr Səs Mandat
# %
2016 İqbal Ağazadə 1 802 7.84
0 / 1

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]

Ümid Partiyası 17 dekabr 2004-cü ildə keçirilən Bələdiyyə Seçkilərində iştirakdan imtina edib.

Seçki Sədr Səs Yer
# % ±
1999 Əbülfət Əhmədov
2004 İqbal Ağazadə N/A N/A N/A N/A
2009
43 / 15.591
2014
2019
0 / 15.156

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006 İqbal Ağazadə
3 / 1.901
2011

Referendumlarda

[redaktə | mənbəni redaktə et]

Ümid Partiyası 2009-cu ildə Konstitusiya dəyişikliyinə etiraz olaraq, müxalifətin Antireferendum Koalisiyasının yaranmasını təşkil edib.

Partiya qərargahı

[redaktə | mənbəni redaktə et]

Ümid Partiyasının qərargahı Nərimanov rayonu ərazisi Montin qəsəbəsi, İsmayıl Hidayətzadə 62 ünvanında birmərtəbəli özəl binada yerləşir.[7]

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2. "Partiyaların seçki şüarları - cəmiyyətə kim hansı mesajı verir..." musavat.com. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  3. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. "ADP və Ümid Partiyası "Qarabağ" siyasi partiyalar blokunun təsis olunması barədə saziş imzalayıb". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  6. "35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
  7. "Qərargahı olan və olmayan partiyalar". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]