30 may 2006-cı il tarixdə Avstriyanın paytaxtı Vyanada Donauparkda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstriyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, Vyana ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları, elm və mədəniyyət xadimləri, Avstriyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.