Rafael Ağayev

Rafael Ağayev (4 mart 1985, Sumqayıt) — Azərbaycan karateçisi, 6 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu.

Rafael Ağayev
Rafael Ağayev 2021-ci ildə.
Rafael Ağayev 2021-ci ildə.
Şəxsi məlumatlar
Tam adı Rəfael Mahir oğlu Ağayev
Vətəndaşlığı
Doğum tarixi 4 mart 1985(1985-03-04) (39 yaş)
Doğum yeri
Boyu 1,66 m
Çəkisi 74 kq
İdman növü Karate
Karyera illəri 2003h. h.
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Ailənin üç oğlundan Rafael ən kiçiyi idi. Onun hər iki qardaşı da idmanla məşğul olurdu: Ruslan (böyük) - cüdo; Rüstəm (orta) - boks. Eyni zamanda ilk məşqçisi, Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan "Budokan"da məşq etməyə başlamışdır. 2018-ci ildə verdiyi müsahibədə Ağayev karateyə gəlişini belə təsvir edir:

"Yeddi yaşımda ilk dəfə Bruce Li filmlərinə baxdım və dərhal karateyə aşiq oldum. Və atamdan məni bölməyə göndərməsini xahiş etməyə başladı. Atam peşəkar idmançı olub, “Polad” (Sumqayıt) futbol komandasında çıxış edib. O, məndən həqiqətən futbolla yox, karate ilə məşğul olmaq istəyib-istəmədiyimi soruşdu və bundan sonra məni ilk məşqçim Rafael Məmmədovla bölməyə gətirdi. İndi isə 22 ildir ki, karate ilə məşğulam."

Rafael Ağayev reklamda

Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır.

Rafael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. İdmanda atdığı ilk addımlarda Rafael Məmmədovun (məşqçi) rolu həlledicidir. Brüs Linin lent yazılarını seyr etmək Rafaeli ruhlandırırdı. Həmin vaxtı o uşaq idi və Brüs Linin məşq etdiyi kunq-fu idman növünü karate ilə səhv salırdı. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri onun karate ilə məşğul olmağına qərar verdilər. Valideynləri onu həvəsləndirirlər. Həmişə yarışdan əvvəl Allaha dua edir. 2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ilə yarışlara qatıla bilmədi. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlamışdır.

İtaliyanın "Yuventus" klubunun sadiq azarkeşidir.[1]

2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirmişdir.

Peşəkar karyerası

[redaktə | mənbəni redaktə et]
  • Hərbi xidmətdən sonra perspektiv idmançı kimi Azərbaycan Müdafiə Nazirliyinin idman klubuna keçirilmişdir.[2]
  • Fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.[3][4][5][6]
  • 14 fevral 2024-cü ildə Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti təyin olunub.[7]

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlmişdir. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olmuşdur. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilmişdir. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirmişdir. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanmış, qızıl medala sahib olmuşdur.[8]

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
  • "Şöhrət" ordeniAzərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub
  1. "Rafael Ağayev: Oğlumun "Yuventus"da oynamasını istəyirəm – VİDEO". oxu.az. oxu.az. Archived from the original on 20 May 2017. İstifadə tarixi: 18 may 2017.
  2. "Karate.az: Rafael Ağayev". 2012-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.
  3. "Azərbaycan idmançısı Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü". 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  4. "Most Karate (Kumite) World Championships won by an individual – male". 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  5. "Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü". Qlobal.net. 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-21.
  6. "The Karate legend Rafael Aghayev". Adidascombatsports.com (ingilis). Archived from the original on 2024-11-21. İstifadə tarixi: 2024-11-21.
  7. "Rafael Ağayev federasiyada vitse-prezident vəzifəsinə təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2024-02-17. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  8. "Rafael Aghayev". 2015-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-25.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 12.08.2021. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.07.2022.