İslam hüququ

İslam hüququnun əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İslam dünyası hüququ sistemin ayrıca götürmüş hər bir insanın həyat tərzi ilə çox yaxından bağlı olan bir insan cəmiyyəti nümunəsidir. İslam mədəniyyətinin dəyərlər sisteminin əsasında duran dini şüur forması müsəlman icmasının- ümmənin maraq və mənafelərini hər bir ortodoksal müsəlmanın davranışı və düşüncə tərzi ilə qırılmaz tellərlə bağlayır. İslam inamı, dini əqidənin, dini ayinlərin hüquqi və əxlaqi normaların, həmçinin, müəyyən mədəniyyət tiplərinin vəhdətindən ibarətdir. Bu bütöv bir ideoloji dəyərlər sistemi olaraq insanların psixologiyası, həyat tərzi, düşüncələri, arzu və istəklərini müəyyənləşdirir. İslam insanın həyatı dövründə fəaliyyətinin bütün sahələrini davranışının bütün xüsusiyyətlərini istiqamətləndirir. Hər bir müsəlmanın davranışı şəriətin dəyər və ustanovkalarına əsaslanır. Şəriət hər bir insanın daxili idealı kimi çıxış edir. Din əxlaq və hüququn sintezi olan şəriət müsəlmanın həyat qanunu kimi çıxış edir. Lakin, İslam müxtəlif tarixə və mədəniyyətlərə malik olan toplumlar etnik birliklər arasında yayılmış, bu səbəbdən də yerli dəyərləri, adət ənənələri, davranış qaydalarını özündə cəmləmişdir. Müsəlmanın davranışında yerli xüsusiyyətləri özündə ehtiva edən adət və şəriət müsəlman dünyasının ictimai münasibətlərini və müsəlmanın şəxsi statusunu nizamlayan hər tərəfli tənzimləyicilərdir. Həm müsəlman din xadimləri, həm də qərb islamşünaslığının nümayəndələri müsəlman hüququ ilə şəriəti fərqləndirməyin vacib olduğunu qeyd edirlər. Müsəlman hüququnun əsas tədqiqatçılarından biri olan Tornao XIX əsrdə qeyd edirdi ki, şəriətlə İslam hüququ arasında əsas fərqlər onların hüquqi tənzimləmə xüsusiyyətindədir. Beləki, Şəriət Quran və Sünnədə müsəlmanların davranışları ilə bağlı bütün xüsusiyyətləri özündə ehtiva etdiyi halda, İslam hüququ yalnız o norma və prinsiplərin cəmindən ibarətdir ki, onlar hüququn tələblərinə cavab verir və ayrı – ayrı nəzəriyyələr və hüquq məktəbləri tərəfindən təfsir edilmiş yaxud da ki, hazırlanmışdır. Şəriət hüquqi tənzimləmənin yalnız müəyyən elementlərini özündə birləşdirən bir dini gerçəklikdir. Şəriətdən fərqli olaraq müsəlman hüququ hüquqi fenomen olaraq dini pərdə altında çıxış edib, dini hüquqi dünyagörüşünə əsaslansada dini və mənəvi bir sistem və yaxud doktrina deyildir. İslam hüququnda şəriətin tərkibində 2 əsas elementi müəyyən edirlər.

1. Dini etik element (əqidə);

2. Hüquqi element(fiqh)

Fiqh müsəlman hüququn əsas parametrlərini müəyyənləşdirir. Fiqhin tərkibində aşağıdakı elementlər vardır:

  • Allahla bağlı müsəlmanın vəzifə və borcları — ibadət
  • Digər insanlarla münasibətdə müsəlmanın davranış qaydalar — müəmalat

İslam hüququn əsas mənbələri və məktəbləri

[redaktə | mənbəni redaktə et]

Müsəlman hüququ ilə məşğul olanlar müsəlman hüququnun mənbələri sırasında aşağıdakıları göstərirlər. Qeyd olunmalıdır ki, müsəlman hüququnun əsas mənbələri sünnü müsəlman dini əxlaqi hüququ əsas məzhəblərindən birinin yaradıcısı Əş-Şafei tərəfindən verilmişdir. Ona görə müsəlman hüququnun ən birinci mənbəsi Quran özüdür. Belə ki, Quranın 6000-ə yaxın ayəsinin 500-ü bilavasitə müsəlmanın davranışı ilə bağlıdır. Bu ayələrdə davranış qaydaları öz əksini tapmışdır. Quranın 13-cü Sürə, 37-ci ayəsində deyilir: "Biz Quranı ərəblərin qanunnamələri kimi göndərmişik".

Quranda insan fəaliyyətinin davranış qaydalarının tənzimlənməsinin bütün tərəfləri, istiqamətləri öz əksini tapmasa da, İslam hüquqşünaslığında müsəlman qanununvericilik sisteminin yaradılmasının əsası kimi çıxış etmişdir. Cəmiyyətdə və ailədə münasibətlərin tənzimləyicisi kimi qəbul edilmişdir. İslam dünyasında mülki, mülkiyyət, cinayət hüququ, maliyyə sistemi, vergi və mükəlləfiyyət formalarının müəyyənləşdirilməsinin başlıca mənbəyi kimi qəbul edilmişdir. Şafei II əsas mənbə kimi "Sünnə"ni qəbul edir. Sünnəni ərəbcə həyat tərzi, qaydalar və s. kimi tərcümə olunur. Sünnə Məhəmməd Peyğəmbərin həyat və fəaliyyəti ilə bağlı müəyyən təqdirə layiq anlar haqqında məlumatlardan və.s ibarətdir. Bunlara " Hədis" deyilir. Müsəlman hüququnun növbəti mənbəyi "İcma" hesab olunur. Bütün müsəlmanların qəbul etdikləri qaydalar, ənənələr və s. İslam hüququnun digər mənbəyi kimi "Qiyas"ı qeyd edir. Qiyas Quran, Sünnə, İcma və.s də müəyyənləşdirilmiş qaydaların təfsiri insanın şüurlu fəaliyyəti nəticəsində yeniliklərin təsvir olunması və s.-dir. Müasir İslam hüququn bilicilərindən biri fin mənşəli Sukiyanen İslam hüququnun əsas mənbələrindən biri kimi doktrinanı götürür. Yəni, Quran Sünnədə mövcud olan qaydalara hüquqi səciyyənin şamil edilməsini qəbul edir. İctihad (həqiqətin araşdırılması, nəyə isə can atma) prinsipindən çıxış edərək müsəlman hüququ yeni qaydaların məhkəmə qərarlarının formalaşmasını təmin edir. Bir çox müsəlman hüquqşünasları və din xadimləri müsəlman hüququnun mənbələri sırasına Fətvanıda daxil edirlər. Fətva ayrı-ayrı din xadimləri tərəfindən həyati anlarla bağlı verilmiş qərarlardır. İslam hüququnda 6000-dən çox fətva qanun kimi istifadə olunur. İslam yarandığı andan müəyyən ictimai-siyasi amillərlə bağlı olaraq tərkibində müxtəlif istiqamətlər formalaşmışdır. Bunların əsasında da məzhəblər yaranmışdır.

Ən böyük iki məhzəb sünnilikvə şiəlikdir. Hər iki məzhəbin tərkibində müxtəlif əxlaqi hüquqi məktəblər formalaşmışdır. Sünnilikdə 4 əsas hüquqi məktəb vardır:

1.Şafiilik

2.Hənbəlilik

3.Malikilik

4.Hənəfilik

Qafqazda əsasən Şafiilik məktəbi üstünlük təşkil edir. Malikilik Afrikanın qərbində, Hənəfilik Ərəbistan yarımadası və ətraf ərazilərdə geniş yayılmışdır. Şiəliyin ictihad əsasında formalaşmış məktəbləri bunlardır: Cəfərilik, Yezdilik, Zeydilik, İsmaililər. Azərbaycandaİranda əsas məktəb Cəfərilikdir. Sünni və Şiə doktrinalarının müəyyən qismini özündə ehtiva edən məzhəblər içərisində Nəqşibəndliyi göstərə bilərik. İslamda XVII–XVIII əsrlərdə formalaşmış əsasən ilk əvvəllər ingilislərin maliyyə dəstəyilə möhkəmlənmiş Vəhabilik özünəməxsus hüquqi əxlaqi doktrina yaratmışdır. İslam hüququn əsas tərkib hissələrindən biri də adətdir. Adət İslamaqədərki ənənələrin, yerli ayinlərin və şəriətin bir çox qaydalarını yerli koloritə (şəraitə) uyğunlaşdırılmasının məcmusudur. Əslində İslam hüququnda belə hesab olunur ki, şəriət şəhər mədəniyyətinin doğurduğu bir gerçəklikdir və adət kənd həyatının dağlıq ərazilərin məhsuludur. Adət hüququnun ən mühüm elementlərindən biri olan Qan intiqamı qadağandır. (Cihadddan kənarda insanın insanı öldürməsi qadağandır). İslam hüququnda əsas problemlərdən biri cinslərin mövqeyi problemi olmuşdur. Müsəlman hüququnda istər, Şərqdə istərsə də, Qərbdə müəyyən təhriflərə yol verilmişdir. İslamda qadınların hüquqları daha genişdir. Xüsusən də bu özünü Kəbin Talaq proseslərində özünü göstərir. Digər tərəfdən qadınların maddi təminatıda xüsusi qeyd olunur. İslamda əsas müzakirə olunan problemlərdən biri də Fətva onun hüquqi mənbəyi problemidir. Müsəlman hüququnda fətvanın yalnız ən nüfuzlu din xadimləri verə bilər. Fətvada şəxsi fikirlərə qəti yol verilmir. Bütün verilən təfsirləri İslam müddəalarına və Quran ayələrinə uyğun olmalıdır. Həyat dəyişdikcə ictimai-iqtisadi münasibətlər dəyişir. Bu dəyişikliklər İslam hüququnda da öz əksini tapır. Əslinə qalsa müsəlman qanuni insandır. Onun həm daxili düşüncəsi həm davranışı həm də həyat tərzi müəyyən qanunlara uyğun həyata keçirilir.

Digər əxlaqi doktrinalardan fərqli olaraq İslamda qəbul olunmuş qaydalara riayət olunması şüurlu şəkildə həyata keçirilir. İslam hüququnda İndus və Çin hüququndan fərqli olaraq fərdin şəxsi statusu cəmiyyətdə yeri xüsusi olaraq qeyd edilir. İslam müsəlman dini etiqadının xüsusiyyətlərinə riayət edənlərin hüquq və vəzifələrini (şəxsi statusunu) açıq-aydın qeyd edir. Onların hüquqi mövcudluğunun əsaslarını təsdiq edir. Müsəlman hüququnun normaları müsəlman ölkələrində belə digər dini etiqadlara xristianlara, yəhudilərə və.s şamil edilmir.