Aşağı Xocamusaxlı

Aşağı Xocamsaqlı, Aşağı XocamusaxlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Xocamsaqlı
39°18′48″ şm. e. 46°33′12″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Xocamsaqlı xəritədə
Aşağı Xocamsaqlı
Aşağı Xocamsaqlı

Xocamusaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam-qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar e. ə. I əsrdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

Qubadlının ərazisində mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcuddur. Xocamsaxlı kəndində "Qala" rayon işğal olunana qədər dururdu. Elə kəndin qədim adı da Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən qat-qat sonralar yaranmışdır.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.

Aşağı Xocamusaxlı kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Qalacıq Xocamusaxlıdır. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Xocamusaxlı (indiki Yuxarı Xocamusaxlı) kəndindən çıxmış ailələr salmışlar. Əsl adı xacəəbuishaqlı olan xocamusaxlı tayfası qədimdən Zəngəzur qəzasında yaşamışdır. Onların keçmişdə Qalacıq, Dəstəgird və Mazutlu adlanan qışlaqları sonralar tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]