Küp qəbirləri mədəniyyəti — arxeoloji mədəniyyət; e.ə. IV əsr — eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılmışdı. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfiqi şəkildə dəfn olunmuşdu. Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.[1]
Kür və Araz çayları hövzəsində, həmçinin Gürcüstan və Ermənistan ərazisində yayılmış arxeoloji mədəniyyət (e.ə. 2 əsr. – eramışın əvvəlləri). K.q.m. üçün, əsasən, qırmızı və ya boz rəngli iri küplərdə (hünd. 1,4 – 2 m) dəfn adəti xarakterikdir. Azərb.-da K.q.m.-nə aid qəbristanlıqlar Mincəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilmişdir. Ölülər bükülü vəziyyətdə sağ və ya sol börü üstə, əsasən üfiqi şəkildə dəfn olunmuşdur. Qəbirlərdən müxtəlif saxsı qablar, bəzək şeyləri, silahlar, əmək alətləri və s. aşkar edilmişdir. Tapıntılar, Qafqaz Albaniyasının Yaloylutəpə mədəniyyəti üçün də səciyyəvi olub forma və tərkib cəhətdən eyniyyət təşkil edir. K.q.m. Azərb.-nın düzən və dağətəyi r-ları üçün xarakterikdir. K.q.m.-nə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə məşğul olmuşdur. Son dövrlərə aid qəbirlərdən Arşaki, Roma, Sasani pulları, şüşə qablar, qızıl və gümüşdən bəzəklər və s. tapılmışdır.