Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
Talış | |
---|---|
40°17′33″ şm. e. 44°04′45″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.220 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir[3].
Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur.
Toponim qızılbaş tayfasından olan talış etnonimi[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.