Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2]
Avan | |
---|---|
40°20′07″ şm. e. 44°10′06″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir.
İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu [4] və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır.
XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir.[5]
XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası[6], XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik[7], Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban [8], Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil). Mənbədə Çuxur-Saad vilayətində Avanasar (Avan və əsli ərəbcə hasar - "qalaça" sözlərindən idarətdir) kənd adı qeyd olunur <refПапазян А.Д. Персидские документы Матенадарана. I (ХV-ХVI вв.). Ереван, 1956</ref>. Bu kəndin adı ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Şərqi Anadoludan gətirilmişdir. Anadolunun Van əyalətindəki Avan mahalının adı çəkilir [9][10]. Bütün bu toponimlər ehtimalımıza görə, er. əv. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş Aban tayfasının adını əks etdirir.[11]. [12] Erməni tədqiqatçılarının ümumiyyətlə Avan toponimini erməni mənşəli saymaları düz deyil, ona görə ki, erməni dilində avan (əsli qədim fars dilində avahana - "kənd" sözündəndir) sözü, məsələn, Azərbaycan dilindəki "kənd", fars dilindəki "abad", "deh" (kənd) sözləri kimi, ayrılıqda yaşayış məntəqəsinin adına çevrilə bilməz. Ərəb mənbələrində İranın Şiraz-Kirman yolunda Aban məntəqəsinin adı da məlumdur [13]. Onun Urartu dilindəki ebani - "ölkə" sözündən ibarət olduğunu da demək çətindir, çünki həmin dildə bu söz yalnız mürəkkəb toponimlərin sonlarında işlədilmişdir [14] və F.Cəlilovun doğru olaraq yazdığı kimi [15], Urartu dilindəki ebani sözünün özü qədim türkcə oba (uba) və Urartu dilində "ini" şəkilçisindən ibarətdir.
Azərbaycanın toponimiyasında sonu "van" komponenti ilə bitən çoxlu yaşayış-məntəqə adları vardır: Naxçıvan, Bəcrəvan, Ərkivan və s. Yaşayış məntəqəsi mənasında "van" sözü ilk dəfə Albaniyada VI əsrdə İrandan köçüb gəlmə fars mənşəli Mehranilər (Cavanşirin nəsli) tərəfindən VI əsrdə tikilmiş Mihravan şəhərinin adında öz əksini tapmışdı. Bu toponimlərdə "van" sözü mənşəcə orta fars dilinə aid olmaq etibarilə "ölkə", "yer" mənalarındadır. (Qədim fars dilində van və avan sözləri haqqında bax: Sh. Bartholomae. Altiranisches Werterbuch. Strassburg, 1904, s. 1350, 1353). Erməni dilində vank (və azərbaycanca vəng) "monastır" sözü də mənşəcə qədim fars dilində "van" sözündəndir. Q.Kapansyan erməni diilində avan sözünün hürrit mənşəli olduğunu yazır [16]. Lakin Xristian Bartolomeyə ( göst. lüğəti, c.2353) görə avan sözünün qədim forması məkan bildirən "van" sözüdür.[17]
Toponim urartu dilində «ölkə» mənasında işlənən ebani (ebani) sözü[18][19] əsasında əmələ gəlmişdir. Sadə quruluşlu toponimdir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[20] qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş həmin dəftərdə göstərilir ki, əhalisi Qaracalar əşirətindəndir[21][22]. Qaraçalar türk tayfalarından biridir.
Kənddə 1831-ci ildə 104 nəfər, 1873 - cü ildə 321 nəfər, 1886-cı ildə 368 nəfər, 1897-ci ildə 465 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 301 nəfər, 1916-cı ildə 556 nəfər yalnız azərbaycanlı yaşamışdır[23].
1986-cı ildə erməni dilində çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə 1831-1916-cı illərdə burada ermənilərin yaşadığı göstərilir və azərbaycanlılar ermənilər kimi verilir[24].
1918-ci ildə Kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1916-cı illərdə buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|