Sağmosavan

Sağmosavan, Sağmosavəng - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2]

kənd
Sağmosavan
40°23′09″ şm. e. 44°23′38″ ş. u.
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.620 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 158 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Sağmosavan xəritədə
Sağmosavan
Sağmosavan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 12 km şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Savmosavəng formasında[3] qeyd edilmişdir.

Toponim türk dilində «cığır», «bataqlıqdan keçən çay keçidi» mənalarında işlənən sakma // sokma[4] və türk dilində «qala» mənasında işlənən vəng[5] sözlərindən əmələ gəlmişdir. Sakma // sokma sözü fonetik dəyişikliyə uğrayıb sağma // soğma formasına düşmüşdür.

Toponim «cığır kənarında yerləşən qala yanında kənd, yaşayış yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kənddə 1831-ci ildə 131 nəfər yalnız azərbaycanlı, ermənilərlə yanaşı 1873 - cü ildə 100 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 185 nəfər, 1914 - cü ildə 404 nəfər azərbaycanlı yaşamışdır [6].

Yuxarıdakı statistik məlumatlardan göründüyü kimi ermənlər kəndə 1850-ci illərdən sonra köçürülmüşdür. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qalib gələndən sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarından dönə bilmişdir. Burada 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 65 nəfər azərbaycanlı yaşamışdır[6].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.112
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.493
  5. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.208-209
  6. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 108-109