Qızılxaraba (Əştərək)

Qızılxarabaİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur.[1]

Tarixi İrəvan quberniyası əraziləri
Ermənistan

Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir[2]. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran[3], Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi[4] qeyd edilmişdir.

Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər[5]. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.[6]. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.[7]

Kənddə 1897-ci ildə 102 nəfər, 1908-ci ildə 56 nəfər, 1914-cü ildə 60 nəfər, 1916-cı ildə 38 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 22
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.97
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.133
  5. Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. — Türk dünyası araştırmaları, 1983, № 26. s.105
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  7. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гызылхараба // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
  8. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 22–23, 106–107