Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2]
kənd | |
Təkiyə | |
---|---|
40°20′07″ şm. e. 44°18′50″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.150 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir[3]. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi[4], 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi[5], Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında[6] qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1]
Toponim türk mənşəli təkə etnonimi[7][8] əsasında əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 635 nəfər, 1908-ci ildə 725 nəfər, 1914 - cü ildə 768 nəfər, 1916-cı ildə 587 nəfər, 1919 - cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].
1919-1920-ci illərdə buraya Türkiyənin Muş, Xut və Xlat vilayətlərindən ermənilər köçürülümüşdür [3]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına, torpaqlarına qayıda bilmişlər.
Burada ermənilərlə yanaşı 1922-ci ildə 179 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 227 nəfər azərbaycanlı yaşamışdır[9]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953 - cü illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1831- 1931-ci illərdə azərbaycanlılarn yox, ermənilərin yaşadığı göstərilir[3]. Bu, tarixi faktın təhrifidir. Yuxarıdakı statistik faktlar göstərir ki, ermənilər kəndə 1918-ci ildən sonra köçürülmüşdür.
Erməni tədqiqatçılan tarixi təhrif etməklə həqiqəti gizlətmək istəmişlər.