Haxıs (Əştərək)

Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1]

Haxıs

Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir[2]. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi[3], Qafqazın 5 verstlik xəritəsində Axis formasında[4] qeyd edilmişdir.

Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü[5][6] əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.

Kənddə 1831-ci ildə 93 nəfər, 1873 - cü ildə 182 nəfər, 1886-cı ildə 302 nəfər, 1892-cı ildə 404 nəfər, 1908-ci ildə 365 nəfər, 1914 - cü ildə 920 nəfər, 1918-ci ildə 365 nəfər, 1919 - cu ildə 997 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8]. 1919 - cu ilin sonlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır[7].

1928-1929 - cu illərdə azərbaycanlılar tamamilə qədim torpaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.23
  5. Древнетюркский словарь, Л., «Наука», 1969. s.21
  6. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.38
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 106-107
  8. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.219