Erməni Soyqırımı iddiası

Erməni soyqırımı[Qeyd 2][Qeyd 3] (erm. Հայոց ցեղասպանություն[Qeyd 4], translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət")[20]Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan[Qeyd 1] etnik erməni əhalinin qətli barədə saxta iddialar. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır.[21] Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılaryunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər.[22][23] Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir.[24]

Erməni soyqırımı
Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsi
Osmanlı əsgərlərinin müşayəti ilə Harputdan (Xarpert) yaxınlıqdakı Məzirə həbsxanasına (müasir Elazığ) aparılan erməni mənşəli mülki əhali. Aprel, 1915-ci il
Hücum yeri Osmanlı imperiyası
Hücum hədəfi ermənilər
Vaxt 1914–1923
Hücum üsulu Deportasiya, Soyqırım, Qətliam
Həlak olanlar 1.5 milyon (mübahisəli)[Qeyd 1]
Təşkilatçılar Osmanlı imperiyası
İttihad və Tərəqqi cəmiyyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing. genocide) və anlayışını ixtira etmişdir.[25] Erməni soyqırımı ən erkən müasir soyqırımlardan biri kimi qəbul edilmişdir.[26][27][28] O, Holokostdan sonra ikinci ən çox öyrənilmiş və tədqiq edilmiş soyqırımı iddiasıdır.[29]

Türkiyə hökuməti baş vermiş hadisələri ifadə etmək üçün "soyqırım" ifadəsini düzgün hesab etmir, lakin, son illərdə ölkə daxilində hadisələri bu adla qəbul etməyə daha çox çağırışlar səslənməkdədir.[30] 2019-cu ildə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliyaRusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və ABŞ-nin 50 ştatından 49-u[Qeyd 5] iddiaları dövlət və parlament səviyyəsində soyqırım hadisəsi olaraq qəbul etmişdir.[31]

border=none Əsas məqalə: Soyqırım

Erməni soyqırımı hadisəsi "soyqırım" terminin kəşf olunmasından əvvəl baş vermişdir. Bu hadisəni xarakterizə etmək üçün müasir ingilisdilli hesabatlarda "kütləvi qırğın", "vəhşilik", "annihilyasiya", "holokost", "millətin qətli", "irqin məhv edilməsi""insanlığa qarşı cinayət" ifadələrindən istifadə olunur.[32] Erməni soyqırımı hadisələrindən təsirlənən Rafael Lemkin "soyqırım" terminini 1943-cü ildə kəşf etmişdir; sonradan o fikirlərini izah edərək deyirdi "bu o qədər çox baş verib…Ermənilərin başına gəlib, bundan sonra isə Hitler hərəkətə keçib."[33]

Soyqırımından sonra sağ qalmış ermənilər, bu hadisələri ifadə etmək üçün erməni dilində müxtəlif terminlərdən istifadə edirdilər. Xaçik Muradyan yazır ki, "Yeğern" (Cinayət/Faciə) və ya onun "Medz Yeğern" (Böyük Cinayət) və "Abrillian Yeğern" (Aprel Cinayəti) variantları daha çox istifadə edilirdi.[34] Qriqor Bələdiyan isə qeyd edir ki, Erməni ədəbiyyatında bu hadisələri ifadə etmək üçün, adətən "faciə" kimi tərcümə edilən "ağed" sözündən istifadə edilir.[35] Soyqırım anlamını ifadə edən "genosid" (genocide) sözünün kəşf edilməsindən sonra isə Erməni soyqırımını ifadə etmək üçün həm də "armenosid" termini istifadə edilmişdir.[36]

Erməni soyqırımını təkzib edən mənbələrdə bu adın qarşısına adətən "qondarma", "uydurma" və ya "mübahisəli" kimi təyinedici sözlər də artırılır, Erməni soyqırımı hadisələri "Erməni iddiaları"[37], "Erməni yalanları" adlandırılır və ya "soyqırım" terminin istifadəsindən qaçmaq üçün evfimizmlər istifadə edilərək hadisələr "hər iki tərəf üçün faciə" və ya "1915-ci il hadisələri" adlandırılır.[38] ABŞ Prezidenti Barak Obama tərəfindən "Medz Yeghern" ifadəsinin istifadə olunması isə "soyqırım sözündən qaçmaq vasitəsi" kimi izah edilir.[39]

Hadisələri tədqiq edən bir neçə beynəlxalq təşkilat, "soyqırım" termininin "1915–1916-cı illərdə Osmanlı imperiyasında ermənilərə qarşı törədilmiş qırğınları" düzgün ifadə etdiyi qərarına gəlmişdir.[40] Bu qərara tərəfdar olan təşkilatlar Beynəlxalq Keçid dövrü Ədliyyəsi Mərkəzi[40], Beynəlxalq Soyqırım Araşdırmaçıları Assosasiyası[41]BMT-nin İnsan Haqqlarının Qorunması və Genişləndirilməsi Alt Komissiyasıdır.[42]

Beynəlxalq Soyqırım Araşdırmaçıları Assosasiyası 2005-ci ildə "Osmanlı imperiyasının Gənc türklər hökumətinin sistematik şəkildə silahsız xristian kütlələrdən ibarət olan erməni vətəndaşlarına qarşı soyqırım aktı həyata keçirdiyini"[43] təsdiq etmiş və "bu hadisələr zamanı bir milyondan çox erməninin birbaşa, aclıqdan və ya məcburi ölüm yürüşü zamanı öldürüldüyü"nü qeyd etmişdir. BSAA həm də Türkiyə Cümhuriyyətinin Erməni soyqırımını təkzib etmək cəhdlərini tənqid etmişdir. 2007-ci ildə Eli Vizel adına İnsanlıq Fondu tərəfindən hazırlanmış[44] və 53 Nobel mükafatı laureatı tərəfindən imzalanmış məktubda soyqırım tədqiqatçıları 1915-ci ildə ermənilərə qarşı törədilmiş qırğınların soyqırım xarakteri daşıdığını təsdiq edirlər.[45]

Tədqiqatçı Bat Yeor "Erməni soyqırımının cihad xarakterli qırğın olması"nı ehtimal edir.[46] Erməniilərin köçürülməsinin şahidi olmuş bədəvi Faiz əl-Heseyn isə 1918-ci ildə yazılmış traktatında bu ehtimalı təkzib edərək bildirir ki, "…bu onların milli fanatizmi və ermənilərə paxıllığı ilə bağlı olmaqla və ancaq onlara aid idi; İslam inancının bu işlərə aidiyyatı yox idi."[47] Arnold Toynbi yazır ki, "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün Gənc türklər Pan-İslamizmTürk millətçiliyini birlikdə işləməyə məcbur etsələr də, sonların siyasəti inkişaf etdikcə İslam elementi geri qalmağa, milliyətçilik isə daha da yerini möhkəmləndirməyə başlamışdır."[48] Toynbi və başqa tədqiqatçılar qeyd edirlər ki, türk qızı ilə ailə qurmuş və İslamı qəbul etmiş bir çox ermənilər ölümdən xilas ola bilmişdilər. Qərb ölkələrinin "ermənilərin qırılması"nı İslam tarixində qara ləkə kimi qəbul etməsindən çəkinən əl-Hüseyn də qeyd edir ki, bir çox yeni dinini dəyişmiş ermənilər də edam edilmişdir.[47] Əl-Hüseyn qeyd edir ki, İslam lideri dinini dəyişmiş ermənilərin əfv edilməsi üçün müraciət etdikdə ona, "siyasətin dini yoxdur" cavabı verilmişdir.[47]

border=none Əsas məqalə: Osmanlı erməniləri

Osmanlı hakimiyyəti altında olan ermənilər

[redaktə | mənbəni redaktə et]

1555-ci ildə SəfəvilərOsmanlılar arasında imzalanmış Amasya sülh müqaviləsinin şərtlərinə görə əhalisinin əksər hissəsini ermənilər təşkil edən Şərqi Anadolunun böyük bir hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçir, 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi isə həmin ərazilərin hüquqi statusunu birdəfəlik dəqiqləşdirir.[49][50] Həmin dövrdən sonra erməni dilli mənbələrdə Qərbi Ermənistan adı ilə yanaşı həm də "Türk Ermənistanı""Osmanlı Ermənistanı" adlandrmaları işlədilir.[51] Osmanlı imperiyası tərkibində həmin ərazilərdə yaşayan ermənilər Erməni Qriqoryan Kilsəsinin Konstantinopol Patriarxı tərəfindən idarə edilən bir millət kimi qruplaşdırılır. Osmanlı imperiyasında ermənilər əsasən ölkənin şərq əyalətlərində məskunlaşsalar da, qərb əyalətlərində, o cümlədən paytaxt Konstantinopolda da böyük erməni icması yaşayırdı.

İmperiyada ermənilər üç dini konfessiyanı təmsil edirdilər: katolik ermənilər, protestant ermənilərqriqoryan ermənilər. Sonuncu konfessiya fərdləri böyük əksəriyyəti təşkil edirdi. Millət sisteminə əsasən erməni icması Osmanlı hökumətinin cüzi müdaxilələri ilə daxili idarə sisteminə malik idilər. Ermənilərin böyük hissəsi – təxminən 70%-i kasıb kənd şəraitində yaşayır, aralarında Duziyanlar (İmperator sikkəxanasının direktorları), Balyanlar (İmperiyanın baş memarları) və Dadiyanlar (Barıt və Silah İstehsalı fabriklərinin direktoru) kimi məşhur ailələr olan qalan hissəsi isə şəhərlərdə yaşayırdı.[52][53] Osmanlı imperiyasının siyahıyaalma məlumatları ilə Erməni Patriarxının say qeydiyyatı məlumatı uyğun gəlmir. İkincinin qeydlərinə əsasən 1878-ci ildə imperiya ərazisində 3 milyona yaxın (400.000 Konstantinopol və Balkanlarda, 600.000 Kiçik AsiyaKilikiyada, 670.000 Kiçik ErmənistanKayseridə, 1.300.000 isə Qərbi Ermənistanda) erməni əhali yaşayırdı.[54]

Şərq əyalətlərində ermənilər tez-tez qonşuluqda yaşadıqları kürdlərtürklərin təsiri altına düşür, onlar tərəfindən qoyulmuş qeyri-rəsmi vergiləri ödəməyə və İslamı qəbul etməyə məcbur edilir, mərkəzi hakimiyyətin müdaxiləsi olmadan incidilirdilər.[53] Digər İslam ölkələrində olduğu kimi, Osmanlı imperiyasında da zimmi sisteminə uyğun olaraq xristianlaryəhudilərə müəyyən azadlıqlar verilmişdi. Osmanlı imperiyasında zimmi sistemi Umar müqaviləsinə əsaslanmaqla qeyri-müsəlmanların əmlak hüququnu müəyyənləşdirsə də, faktiki olaraq imperiyada müsəlman olmayanlara ikinci növ vətəndaşlar kimi baxılmış və onlar "gavur" adlandırıldışlar. Umar müqaviləsinin qeyri-müsəlmanlara yeni ibadət yerləri inşa etməyi qadağan edən bəndi, Osmanlı imperiyasında bəzi icmalara münasibətdə dəqiq izlənsə də, bəzi hallarda yerli hakimiyyət nümayəndələri tərəfindən görməzdən gəlinmişdir. Dini gettolar yaradılmasına əsas verən qanun olmamasına baxmayaraq, yaradılmış bu şərait, azlıqların mövcud dini məbədlər ətrafında qruplaşmasına səbəb olmuşdur.[55][56]

Hüquqi məhdudiyyətlərlə yanaşı, imperiyada yaşayanlar xristianlar müsəlmanlarla bərabər hüquqlu sayılmır və müxtəlif qadağalarla üzləşməli olurdular. Müsəlman təqsirləndirilənə qarşı xristian və yəhudilərin məhkəmədə ifadə vermək hüququ yox idi; bu o anlama gəlirdi ki, onların ifadəsinə yalnız ticari məqsədli məsələlərdə baxıla bilərdi. Müsəlman olmayanlara silah daşımaq, həmçinin dəvə və ata toxunmaq qadağan edilmişdi. Müsəlman olmayanların evləri qonşuluqdakı müsəlmanların evlərindən daha yaxşı görünə bilməzdi; xristian olmayanların dini ayinləri də ciddi şəkildə məhdudlaşdırılırdı, məsələn, Osmanlı imperiyasında kilsə zəngləri bütünlüklə qadağan edilmişdi.[55][57]

İslahatlar, 1840–1880-ci illər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Erməni məsələsi

Erməni üsyanları

[redaktə | mənbəni redaktə et]

1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır.

Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana sui-qəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirmişdir.[mənbə göstərin]

Erməni köçü

[redaktə | mənbəni redaktə et]
İyul 1916. Aclıq, xəstəlik və qəddarlıq səbəbiylə ölənlər.
Yarım milyondan çox erməni qadın, uşaq və yaşlı kişi deportasiya edildi.
[58]

Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.[mənbə göstərin]

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.[mənbə göstərin]

Erməni soyqırımı tanıyanlar

[redaktə | mənbəni redaktə et]
Soyqırım iddiasını tanıyan ölkələr

Erməni soyqırımı iddiaları 1965-ci ildən – yəni "soyqırım" ifadəsi gündəmə gəlib.[59] Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk soyqırım qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. "Erməni soyqırımı"nı tanımış bütün ölkələrin sıralaması isə belədir:

  1. Uruqvay Uruqvay – 20 aprel 1965, 2004, 2005
  2. Kipr Cənubi Kipr – 1982
  3. Argentina Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
  4. Rusiya Rusiya – 1995, 22 aprel 2005
  5. Yunanıstan Yunanıstan – 25 aprel 1996
  6. Kanada Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
  7. Livan Livan – 1997, 11 may 2000
  8. Belçika Belçika – 26 mart 1998
  9. Vatikan Vatikan – 2000
  10. İtaliya İtaliya – 17 noyabr 2000
  11. Fransa Fransa – 18 yanvar 2001
  12. İsveçrə İsveçrə – 16 dekabr 2003
  13. Slovakiya Slovakiya – 30 noyabr 2004
  14. Niderland Hollandiya – 21 dekabr 2004
  15. Slovakiya Slovakiya – 2004
  16. Polşa Polşa – 19 aprel 2005
  17. Almaniya Almaniya – 1 iyun 2016
  18. Venesuela Venesuela – 14 iyul 2005
  19. Litva Litva – 15 dekabr 2005
  20. Çili Çili – 2007
  21. Boliviya Boliviya – 2014
  22. Braziliya Braziliya – 2015
  23. Lüksemburq Lüksemburq – 2015
  24. Bolqarıstan Bolqarıstan – 2015
  25. Avstriya Avstriya – 2015
  26. Suriya Suriya – 2015
  27. ABŞ Amerika Birləşmiş Ştatları — 2019[60]

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveçABŞ-nin) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

"Erməni soyqırımı" iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə "soyqırım"ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin "strateji müttəfiqi" ABŞ-də "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində "soyqırım"la bağlı iki layihə durur. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünün yarım addımlığından keçirlər.

Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi üç ölkə var: biri Rusiyadı, digəri isə Livand və Suriya. Livand və Suriya soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi.

"Erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Yəni Avropa Birliyi ölkələrinin parlamenti. Bu qurum "erməni soyqırımı"nı hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə fransalı parlamentar Jage "Erməni xalqının durumu" adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə "erməni soyqırımı" iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə "erməni soyqırımı" ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti "erməni soyqırımı"nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

Avropa Parlamenti qərarını 2005-ci ildə təzələdi – Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı alayarımçıq müzakirə tarixi almazdan bir ay əvvəl. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa Parlamentinin qərarları direktiv yox, tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamentidir. Həmin səsvermədə, əğər Türkiyə bu səsverməyə qədər gedə biləcəksə, Avropa Parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək. Biz ha desək də ki, bu ədalətsizlikdir.

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

  1. "Soyqırım"ın dünyada tanınması;
  2. Türkiyənin "soyqırım"ı tanıması;
  3. Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;
  4. Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti "soyqırım" iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə çox yaxındırlar.

Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində "soyqırım" abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində "soyqırım yoxdu" deyənin cəzalandırılmasını qanuniləşdirirlər.

1919–1920-ci illər İstanbul hərbi tribunalı

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyası Birinci Dünya müharibəsində məğlub olduqndan sonra Mudros müqaviləsinə əsasən müttəfiq qoşunları İstanbula daxil oldular. Bu andan etibarən sultanın hakimiyyəti formal xarakter daşımağa başladı.

Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasına və türklərə qarşı apardıqları irqçi təbliğata bəraət qazandırmaq həm də müttəfiqlərə problem yarada biləcək insanları İstanbuldan uzaqlaşdırmaq üçün işğalçılar "hərbi tribunal" qurmaq fikrinə qəldilər. Formal olaraq bu tribunal hərbi cinayətlər törədmiş insanların (ingilis hərbi əsirləri ilə sərt rəftar və ermənilərin öldürülməsi) cəzalandırılması məqsədi güdürdü.

Müttəfiq qüvvələri tərəfindən çox sayda dövlət məmuru, hərbçi və siyasətçi həbs olunaraq Maltaya göndərildi. Lakin bir müddət sonra Maltaya aparılan insanların "günahını" sübut edə bilmədikləri üçün müttəfiqlər onları azad etməyə məcbur oldular.

İstanbulda fəaliyyət göstərən tribunal əsasən dövlət məmurlarının (kaymakamlar, valilər) və jandarmeriya və ordu zabitlərini istintaqa cəlb edirdi. Osmanlı dövlətinin bütün arxivləri əllərində olmasına baxmayaraq, müttəfiqlər gənctürklərin "erməni soyqırımı" törədmək istədikləri barədə heç bir sübut əldə edə bilmədilər.

Bu şəraitdə tribunalın köməyinə "gənc türklər"i öz siyasi opponenti görən bəzi siyasi qüvvələr eləcə də erməni təşkilatları tribunalı "şahidlərlə" təmin etməyə başladılar.

Qeyd etmək lazımdır ki, bir sıra səbəblərdən dolayı bu tribunalda sultan və onun yaxın çevrəsi də maraqlı idi.

Məhkəmə zamanı Osmanlı dövlətinin cinayət hüququ və elementar hüquqi normalar kobud şəkildə pozulmasına, müttəhimlərin xeyrinə ifadə verən şahidlərin məhkəməyə buraxılmamasına baxmayaraq məhkəmə bir neçə nəfər barəsində ölüm hökmü çıxarır[61][62].

Tələt paşanın teleqramları

[redaktə | mənbəni redaktə et]

1920-ci illərdə Aram Andonyan adlı erməni tarixçi Londonda, ParisdəBostonda (ABŞ) "Naim bəyin xatirələri ermənlərin köçürülməsi və qətli haqda rəsmi türk sənədləri" (The Memoirs of Naim Bey: Turkish Official Documents Relating to the Deportation and the Massacres of Armenians) adlı kitablar dərc etdirir. Bu kitablarda Tələt paşaya aid olduğu iddia edilən və ermənilərin kütləvi qətlini əmr edən 50 teleqram və 2 məktub var. Andonyanın iddiasına görə bu "materialları" Hələbi tutmuş general Allenbinin ordusu aşkar etmişdir. Bir sıra erməni və ermənipərəst tarixçilər bu materialların saxta olmadığını və erəmi soyqırımını sübut edən faktlardan biri olduğunu iddia edirlər. Maraqlıdır ki, ingilis ordusu İstambulu işğal etdikdən sonra "gənc türklərin" "hərbi cinayətlər törədmiş" nümayəndələrinin məhkəmə qarşısına çıxarldığı "İstambul hərbi tribunalı" Andonyanın materiallarını saxta saymış və bunu sübut kimi qəbul etməmişdir. Bir qədər sonra Berlində Tələt paşanı qətlə yetirmiş Soqomon Teyleryanın məhkəməsi zamanı "erməni soyqırımının" sübütu kimi təqdim olunmuş "Tələt paşanın teleqramları" yenə də sübut kimi gəbul olunmur, sənədlərin ekspertizasını keçirən Berlin kriminalistika bürosunun ekspertləri sənədlərin saxta olduğu qənaətinə gəlirlər. Baxmayaraq ki, Andonyanın materialları ciddi akademik çevrələrdə qəbul olunmur, erməni tarixçiləri onların saxta olmadıqlarını və "erməni soyqırımını" sübüt edən faktlardan biri olduğunu iddia edirlər[63][64][65].

Alimlərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".

J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard LevisNorman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter LeviBrayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

J. Şmidt onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsinin olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək D. Qriqoryanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib[66].

Tanınması barədə qərarların ləğvi

[redaktə | mənbəni redaktə et]

Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə erməni soyqırımı nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu barədə Şəhər Şurasının növbəti sessiyasında qərar qəbul olunub. İzyum meri Şəhər Şurasının qərarı ləğv etməsi ilə bağlı Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim HümbətovaUkrayna Azərbaycanlıları Konqresinin Krım təşkilatına müvafiq məktub göndərib. Rəhim Hümbətov bildirib ki, erməni soyqırımı nın tanınması haqqında qərarın ləğvinə uzunmüddətli əmək sərf edərək nail olublar: "Bu qərar Ukrayna qanunvericiliyinə zidd idi və yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Biz həmçinin Şəhər Şurasının qəbul etdiyi bu qərara hüquqi qiymət verilməsi üçün İzyum prokurorluğuna müraciət etmişdik. Uzunmüddətli mübarizədən sonra qanunsuz və ədalətsiz qərarın ləğvinə nail olduq. Artıq "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb. Bunun üçün əsaslar lazım olduğundan da kifayət qədərdir". Xatırladaq ki, bu, bütün dünyada "erməni soyqırımı"nın tanınması barədə qərarın ləğvinə dair ilk haldır[67].

Erməni silahlı dəstələri

[redaktə | mənbəni redaktə et]
  1. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  1. Məsələn: * Derderian, K. "Common Fate, Different Experience: Gender-Specific Aspects of the Armenian Genocide, 1915–1917". Holocaust and Genocide Studies (ingilis). 19 (1). 1 March 2005: 1–25. doi:10.1093/hgs/dci001. ISSN 8756-6583. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2019. the figure of 1.5 million people is generally accepted as a reasonable estimate * "Tsitsernakaberd Memorial Complex". Armenian Genocide Museum-Institute. 20 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2016. * Kifner, John. "Armenian Genocide of 1915: An Overview". The New York Times. 7 December 2007. 10 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2019.
  2. Göçek, Fatma Müge. Denial of violence : Ottoman past, Turkish present and collective violence against the Armenians, 1789–2009. Oxford University Press. 2015. səh. 1. ISBN 0-19-933420-X. 2016-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  3. Auron, Yair. The banality of indifference: Zionism & the Armenian genocide. Transaction. 2000. səh. 44. ISBN 978-0-7658-0881-3. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  4. Forsythe, David P. Encyclopedia of human rights (Google Books). 1. Oxford University Press. 11 August 2009. səh. 98. ISBN 978-0-19-533402-9. 12 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2019.
  5. Chalk, Frank Robert; Jonassohn, Kurt. The history and sociology of genocide: analyses and case studies. Institut montréalais des études sur le génocide. Yale University Press. 10 September 1990. 270–. ISBN 978-0-300-04446-1. 27 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2019.
  6. Hüseynova, Lalə. "Qondarma "erməni soyqırımı" iddiası tarixi həqiqətdən uzaqdır". mod.gov.az. Azərbaycan ordusu. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2019.
  7. Cəbrayılov, Rəfael. "Ermənistanın qondarma "soyqırımı" iddiaları iflasa məhkumdur". anl.az. Xalq qəzeti. 2010.- 24 aprel. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2019.
  8. Məmmədov, Xaqani. "Uydurma erməni soyqırımı iddiası tarixi həqiqətdən uzaqdır". anl.az. Xalq qəzeti. 2009.- 24 aprel. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2019.
  9. Erməni soyqırımı (təsdiq) – Beynəlxalq Soyqırım Tədqiqatçıları Assosasiyasının Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine 11-13 iyun 1997-ci ildə Monrealda keçirilmiş beynəlxalq konfransında təsdiqlənmişdir ki, 1915-ci ildə Osmanlı imperiyası ərazisində etnik ermənilərin kütləvi şəkildə öldürülməsi halları BMT-nin Soyqırımların qarşısının alınması və bu hadisələrin günahkarlarının cəzalandırılması Konvensiyasına (ing. Convention on the Prevention and Punishment of Genocide) əsasən soyqırımı hadisəsidir. Həmin sənəd həm də Erməni soyqırımının Türkiyə hökuməti, onun rəsmi və qeyri-rəsmi təmsilçiləri və tərəfdaşları tərəfindən inkar edilməsini pisləyir.)
  10. "Council of Europe Parliamentary Assembly Resolution". Armenian genocide. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
  11. Erməni soyqırımı Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine, Britannika Ensiklopediyası
  12. Israel W. Charny. Encyclopedia of genocide. — Santa Barbara, California: ABC-CLIO, 1999. — Vol. 1. — P. 161. — 718 p. — ISBN 978-0-87436-928-1.
  13. Totten, Bartrop, Jacobs. Dictionary of Genocide. — P. 19.
  14. Kieser, Hans-Lukas; Schaller, Dominik J., Der Völkermord an den Armeniern und die Shoah (German), Chronos, 2002, səh. 114, ISBN 3-0340-0561-X
  15. Walker, Christopher J., Armenia: The Survival of A Nation, London: Croom Helm, 1980, 200–3
  16. Bryce, Viscount James; Toynbee, Arnold, Sarafian, Ara (redaktor), The Treatment of Armenians in the Ottoman Empire, 1915–1916: Documents Presented to Viscount Grey of Falloden (uncensored), Princeton, NJ: Gomidas, 2000, 635–49, ISBN 0-9535191-5-5
  17. Hyde, Jennifer. "Polish Jew gave his life defining, fighting genocide". CNN. 2 December 2008. 3 December 2008 tarixində arxivləşdirilib.
  18. Ferguson, Niall. The War of the World: Twentieth-Century Conflict and the Descent of the West. New York: Penguin Press. 2006. səh. 177. ISBN 1-59420-100-5.
  19. "A Letter from The International Association of Genocide Scholars" (PDF). Genocide Watch. 13 June 2005. 11 October 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 December 2015.
  20. Matiossian, Vartan. "The Self-Delusion of 'Great Calamity': What 'Medz Yeghern' Actually Means Today". Armenian Weekly. 12 January 2013. 14 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2015.
  21. Kieser, Hans-Lukas; Schaller, Dominik J., Der Völkermord an den Armeniern und die Shoah [The Armenian genocide and the Shoah] (German), Chronos, 2002, səh. 114, ISBN 3-0340-0561-X
    Walker, Christopher J., Armenia: The Survival of A Nation, London: Croom Helm, 1980, 200–03
    Bryce, Viscount James; Toynbee, Arnold, Sarafian, Ara (redaktor), The Treatment of Armenians in the Ottoman Empire, 1915–1916: Documents Presented to Viscount Grey of Falloden (uncensored), Princeton, NJ: Gomidas, 2000, 635–649, ISBN 0-9535191-5-5
  22. Schaller, Dominik J; Zimmerer, Jürgen. "Late Ottoman genocides: the dissolution of the Ottoman Empire and Young Turkish population and extermination policies – introduction". Journal of Genocide Research. 10 (1). 2008: 7–14. doi:10.1080/14623520801950820. ISSN 1462-3528.
  23. Jones, Adam. Genocide: A Comprehensive Introduction. Taylor & Francis. 2010. 171–72. ISBN 978-0-203-84696-4. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12. A resolution was placed before the IAGS membership to recognize the Greek and Assyrian/Chaldean components of the Ottoman genocide against Christians, alongside the Armenian strand of the genocide (which the IAGS has already formally acknowledged). The result, passed emphatically in December 2007 despite not inconsiderable opposition, was a resolution which I co-drafted, reading as follows: …
  24. "The Many Armenian Diasporas, Then and Now". GeoCurrents. 14 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2015.
  25. Totally Unofficial: The Autobiography of Raphael Lemkin. New Haven and London: Yale University Press. 2013. 19–20. ISBN 978-0-300-18696-3. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
    The Armenian Genocide (1915–16): Overview Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine, United States Holocaust Memorial Museum
  26. "Council of Europe Parliamentary Assembly Resolution". Armenian National Institute. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2016.
  27. Ferguson, Niall. The War of the World: Twentieth-Century Conflict and the Descent of the West. New York: Penguin Press. 2006. səh. 177. ISBN 1-59420-100-5.
  28. "A Letter from The International Association of Genocide Scholars" (PDF). Genocide Watch. 13 June 2005. 11 October 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 December 2015.
  29. Rummel, RJ. "The Holocaust in Comparative and Historical Perspective". IDEA – A Journal of Social Issues. 3 (2). 1 April 1998. ISSN 1523-1712. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
  30. "For Turkey, denying an Armenian genocide is a question of identity". america.aljazeera.com. 2016-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2019.
  31. "Alabama Becomes 49th U.S. State to Recognize the Armenian Genocide". Armenian Weekly. March 20, 2019. June 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2019.
  32. The Armenian genocide : history, politics, ethics. Hovannisian, Richard G. New York: St. Martin's Press. 1992. səh. xvi. ISBN 0-312-04847-5. OCLC 23768090.
  33. Stanley, Alessandra. "A PBS Documentary Makes Its Case for the Armenian Genocide, With or Without a Debate". The New York Times. 17 April 2006. 13 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
  34. Khatchig Mouradian, Explaining the Unexplainable: The Terminology Employed by the Armenian Media when Referring to 1915 Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine, The Armenian Weekly, 23 September 2006.
  35. Krikor Beledian, "L'expérience de la catastrophe dans la littérature arménienne", Revue d'histoire arménienne contemporaine, no. 1, 1995, p. 131.
    Martine Hovanessian, "Exil et catastrophe arménienne: le difficile travail de deuil," in William Berthomière and Christine Chivallon (eds.), Les diasporas dans le monde contemporain, Paris: Karthala-MSHA, 2006, p. 231.
  36. Hovhannissian, Nikolay. Le génocide arménien. Yerevan: Zangak-97. 2005. səh. 5. ISBN 9993023299. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  37. Erdoğan tells Germany to look at own 'genocide' history, Yeni Şafak, 6 June 2016. "…Armenian claims of "genocide" during the 1915 events", "Turkey denies the alleged Armenian "genocide", [1] Arxivləşdirilib 2017-10-20 at the Wayback Machine
  38. "History group head slams 'outlandish' German resolution". aa.com.tr. 7 June 2016. 9 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2019.
  39. Ayda Erbal, "Mea Culpas, Negotiations, Apologias: Revisiting the 'Apology' of Turkish Intellectuals," in Birgit Schwelling (ed.), Reconciliation, Civil Society, and the Politics of Memory: Transnational Initiatives in the 20th Century, Bielefeld: Transcript, 2012, p. 88: "Seemingly unaware that any term used to refer to a historical crime of this nature is necessarily always already 'politicized,' when used in this context, just as when President Obama used the same term as a means of avoiding the word "genocide", Medz Yeghern ceases to be a private term of communal mourning for Armenians, it becomes something else: a political instrument in the hands of others."
  40. 1 2 "Turkey Recalls Envoys Over Armenian Genocide". International Center for Transitional Justice. 8 May 2006. 3 July 2008 tarixində orijinalından arxivləşdirilib.
  41. Bartrop, Paul R.; Leonard Jacobs, Steven. Modern Genocide: The Definitive Resource and Document Collection. 2014. səh. 170. ISBN 978-1-61069-364-6. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  42. Dadrian, Vahakn N. The Armenian Genocide: an interpretation // Winter, Jay (redaktor). America and the Armenian Genocide of 1915. Cambridge University Press. 2004. 52–53. ISBN 978-1-139-45018-8. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12. This is the report of the British expert, Benjamin Whitaker, who was tasked by the Sub-Commission to research the problem and come up with his evaluation. After eight years of research, Whitaker concluded that the First World War Armenian experience was a case of genocide within the terms of the meaning of the UN Convention on the Prevention and Punishment of the Crime of Genocide. Whitaker saw fit, however, to describe it as a war-conditioned 'aberration'.
  43. International Association of Genocide Scholars. "Letter to Prime Minister Erdogan". Genocide Watch. 13 June 2005. 4 June 2007 tarixində arxivləşdirilib.
  44. "Nobel Laureates call for tolerance, contact and cooperation between Turks and Armenians" (PDF). Elie Wiesel Foundation. 9 April 2007. 10 July 2007 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  45. Danielyan, Emil. "Nobel Laureates Call For Armenian-Turkish Reconciliation". Radio Free Europe/Radio Liberty. 10 April 2007. 2 July 2007 tarixində arxivləşdirilib.
    Phillips, David L. "Nobel Laureates Call For Turkish-Armenian Reconciliation" (PDF). The Elie Wiesel Foundation for Humanity. 9 April 2007. 23 June 2007 tarixində arxivləşdirilib (PDF).
  46. Bostom, Andrew G. "Congress Must Recognize the Armenian Genocide". American Thinker. 26 August 2007. Archived from the original on 28 August 2007.
  47. 1 2 3 El-Ghusein, Fà'iz. Martyred Armenia . 1918. ISBN 0-87899-003-8.
  48. Toynbee, Arnold Joseph. Turkey: a Past and a Future. 1917, pp. 22–23.
  49. Herzig, Edmund; Kurkchiyan, Marina. The Armenians: Past and Present in the Making of National Identity. Routledge. 2004. səh. 47. ISBN 978-1-135-79837-6. 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  50. Khachaturian, Lisa. Cultivating Nationhood in Imperial Russia: The Periodical Press and the Formation of a Modern Armenian Identity. Transaction Publishers. 2011. səh. 1. ISBN 978-1-4128-1372-3. 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  51. Adalian, Rouben Paul. Historical Dictionary of Armenia (2nd). Scarecrow Press. 2010. səh. 337. ISBN 978-0-8108-7450-3. 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  52. Barsoumian, Hagop, The Dual Role of the Armenian Amira Class within the Ottoman Government and the Armenian Millet (1750–1850) // Braude, Benjamin; Lewis, Bernard (redaktorlar ), Christians and Jews in the Ottoman Empire: The Functioning of a Plural Society, I, New York: Holmes & Meier, 1982
  53. 1 2 Barsoumian, Hagop, The Eastern Question and the Tanzimat Era // Hovannisian, Richard G (redaktor), The Armenian People From Ancient to Modern Times, II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century, New York: St. Martin's, 1997, 175–201, ISBN 0-312-10168-6
  54. Hambaryan, Azat S. Hayastani soc'ial-tntesakan ew k'aġak'akan drowt'yownë 1970–1900 t't'. Հայաստանի սոցիալ-տնտեսական և քաղաքական դրությունը 1870–1900 թթ. [Armenia's social-economic and political situation, 1870–1900] // Aghayan, Tsatur; və b. (redaktorlar ). Hay Çoġovrdi Patmowt'yown Հայ Ժողովրդի Պատմություն [History of the Armenian People] (erməni). 6. Yerevan: Armenian Academy of Sciences. 1981. səh. 22.
  55. 1 2 Gábor Ágoston; Bruce Alan Masters. Encyclopedia of the Ottoman Empire. Infobase Publishing. 21 May 2010. səh. 185. ISBN 978-1-4381-1025-7. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
  56. Balakian, Peter. The Burning Tigris: The Armenian Genocide and America's Response. New York: HarperCollins. 2003. ISBN 0-06-019840-0.
  57. Akçam, Taner. A Shameful Act: The Armenian Genocide and the Question of Turkish Responsibility. New York: Metropolitan Books. 2006. 1–93. ISBN 0-8050-7932-7. 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  58. Greene, Joseph K. Leavening the Levant. Boston, The Pilgrim Press. 1916.
  59. M. Hakan Yavuz. "Orientalism, the 'Terrible Turk' and Genocide". Middle East Critique. 23 (2). 2014: 111-126 (112). 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.
  60. "Arxivlənmiş surət". 2019-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  61. "Arxivlənmiş surət". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  62. "Arxivlənmiş surət". 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-17.
  63. "Arxivlənmiş surət". 2018-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  64. "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-08.
  65. "Arxivlənmiş surət". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-08.
  66. http://az.apa.az/xeber_ABSh_Konqresinin_uzvu:_"1915-ci__153230.html[ölü keçid]
  67. "Ukrayna şəhəri "erməni soyqırımı"nın tanınması barədə qərarını ləğv edib". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-01.
  1. 1 2 1.5 milyon ən çox istifadə edilən rəqəmdir,[1] Lakin, müxtəlif mənbələrdə 800,000-dən 1,800,000-ə kimi[2][3][4]:98[5] müxtəlif rəqəmlər göstərilir.
  2. Azərbaycan dövlətinin 1915-ci ildə baş vermiş bu hadisələri soyqırım olaraq tanımamasına görə, azərbaycandilli elmi və publisistik ədəbiyyatda həmin hadisələrdən bəhs edilərkən əksər hallarda adın əvvəlinə "Qondarma" və ya "Uydurma" sözü də əlavə edilir.[6][7][8]
  3. Bütün nüfuzlu ensiklopediyalar və əksər akademik mənbələrdə hadisə "Erməni soyqırımı" adıyla təqdim edilir.[9][10][11][12][13][14][15][16][17][18][19]
  4. Klassik erməni orfoqrafiyası ilə Հայոց ցեղասպանութիւն
  5. Hadisələri soyqırımı kimi qəbul etməmiş yeganə ştat Mississippidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]