Nazim Tahir oğlu Babayev (8 oktyabr 1997[1], Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet.[2]
Nazim Babayev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Nazim Tahir oğlu Babayev | ||||||||||
Ləqəbi | Nico | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | ||||||||||
Boyu | 186 sm. | ||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||
Məşqçisi | Ziyad Xəlfəyev | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Nazim Babayev 1997-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğul olur. Məşqçisi Ziyad Xəlfəyevdir.
Nazim Babayev 2013-cü ildə Utrext şəhərində (Niderland) baş tutan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 15.54 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu.
Daha sonra Nazim Babayev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi.[3] Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı.[3] Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[4][5]
Nazim Babayev 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Nazim Tahir oğlu Babayev Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[6]
Daha sonra Nazim Babayev İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı və 17.04 metr nəticə göstərdi. Bu nəticələrə əsasən Nazim Babayev turnirin qızıl medalına sahib oldu və 2016-cı ildə baş tutacaq Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazandı.[2]
Nazim Babayev 2016-cı ildə Portlend şəhərində (ABŞ) baş tutan Dünya Salon Çempionatında mübarizə apardı. Turnirdə 16.44 metr nəticə göstərən Nazim Babayev 8-ci pillənin sahibi oldu. İyulda isə Nazim Babayev Amsterdam şəhərində (Niderland) baş tutan Avropa Çempionatında mübarizə apardı və 16.06 metr nəticə ilə turniri 22-ci pillədə başa vurdu. Avqustda Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə aparan Nazim Babayev 16.38 metr nəticə göstərdi və Olimpiadanı 25-ci pillədə başa vurdu.[7]
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nazim Babayev 2017 və 2019-cu illərdə baş tutan Universiada Oyunlarının da qızıl medallarına sahib olub.[2] 2019-cu ildə Nazim Babayev həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Avropa Salon Çempionatının qızıl medalına sahib oldu.[2]
Nazim Babayev 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] Turnirdə 16.72 metr nəticə göstərən Nazim Babayev olimpiadanı 15-ci pillədə başa vurdu.[8][9]