Azərsun Arena və ya Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu[2] — Azərbaycanın Bakı şəhərində, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən futbol stadionu. Stadion əsasən "Qarabağ"ın daxili oyunları üçün nəzərdə tutulmuşdur.[3] Stadion beynəlxalq standartlara cavab verir. Stadion 2015-ci ildə yenidənqurma işləri nəticəsində yenidən tikilmiş və Azərsun arena adı ilə fəaliyyətini davam etdirmişdir.[4]
Azersun Arena | |
---|---|
| |
Qeyri-rəsmi adı | "Qarabağ" Arena" |
Yeri | Suraxanı, Bakı, Azərbaycan |
Tikilib | 2015 |
Açılış tarixi | 2015 |
Sahibi | Qarabağ FK |
Tamaşaçı tutumu | 5.800[1] |
Ev sahibi komanda | Qarabağ FK |
Ot örtüyü | Təbii |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion SSRİ dövründə tikilmişdir. Stadionda uzun illər Suraxanılı FK SSRİ Azərbaycan Çempionatı çərçivəsində ev oyunlarını keçirmişdir. Stadion Neft Şirkətinin balansında olmaqla, "Neftçi" İdman Sağlımlıq Mərkəzinə məxsusdur.[5] Müstəqillik dövründə müxtəlif illərdə Suraxanılı FK, Qumadası FK, Atəşgah FK, Neftqaz FK və əlbəttə Qarabağ FK stadionda öz ev oyunlarını keçirmişlər[6].
Qarabaq Futbol Klubu 2010-cu ildən etibarən stadionu uzun müddətli icarəyə götürərək, yenidənqurma işlərinə start vermişdir.[7] Yenidənqurma işlərindən sonra stadion beynəlxalq standartlara uyğun tikilmiş və Azərsun Arena adı ilə fəaliyyətini davam etdirmişdir.
Yeni stadionda ilk oyun 26 sentyabr 2015-ci ildə Azərbaycan çempionatının 6-cı turu çərçivəsində "Qarabağ" və "Neftçi" (1:1) arasında baş tutmuşdur. Stadionda ilk qolu isə 61-ci dəqiqədə "Neftçi"nin oyunçusu Erik Ramos atmışdır.[8] "Qarabağ"ın bu stadionda ilk qələbəsi isə 17 oktyabr 2015-ci ildə "Zirə" (4:1) üzərində olmuşdur.[9]
Stadionun tribunalardan birinin adı "İmarət", birinin "Azərçay", digərinin isə "Final"dır.[10] "Azərsun Arena" stadionun titul və reklam adıdır.
6 dekabr 2015-ci ildə stadionda keçirilmiş "Qarabağ" - "İnter Bakı" oyunu Günəşli yanğınında həlak olanların xatirəsinə 1 dəqiqəlik sükutla başlamışdır.[2]
Futbol ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |