Yelena Pavluxina (1 mart 1989) — Ukraynanı və Azərbaycanı təmsil edən velosipedçi.[2]
Yelena Pavluxina | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Yelena Pavluxina |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 178 sm. |
İdman növü | Velosipedi idmanı |
Məşqçisi | Stanislav Solovyov |
Vikianbarda əlaqəli mediafayllar |
Yelena Pavluxina 1999-cu ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Stanislav Solovyovdur.
2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Yelena Pavluxina beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Yelena Pavluxina 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı.
Yelena Pavluxina 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Avqustun 7-də fərdi turnirdə çıxış edən Yelena Pavluxina finiş həddinə 3 saat 58 dəqiqə 5 saniyəyə çatdı və nəticədə Rio-de-Janeyro Olimpiadasını 68 velosipedçi sırasında 35-ci pillədə başa vurdu.[3]