Yure Meqliç

Yure Meqliç (18 avqust 1984) — SloveniyanıAzərbaycanı təmsil edən idmançı, Avropa Çempionatlarının qalibi.[1]

Yure Meqliç
Yure Meqliç 2013-cü ildə
Yure Meqliç 2013-cü ildə
Şəxsi məlumatlar
Tam adı Yure Meqliç
Vətəndaşlığı Sloveniya Sloveniya
Azərbaycan Azərbaycan
Doğum tarixi (40 yaş)
Doğum yeri Kran, Sloveniya
Boyu 182 sm.
İdman növü Kanoe slalom
Medallar

Yure Meqliç 2006-cı ildə Fransada baş tutan Avropa Çempionatında K1 (Komanda) turnirində qızıl medalın sahibi oldu.[1] Bir il sonra baş tutan Avropa Çempionatında da Yure Meqliç həmin turnirdə qızıl medalın sahibi oldu.[1] 2010-cu ildə isə Yure Meqliç Bratislavada baş tutan Avropa Çempionatında K1 turnirini gümüş, K1 (Komanda) turnirini isə bürünc medalla başa vurdu.[1] Həmin ilin avqustunda Yure Meqliç həm də Sloveniyanın Lyublyana şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.[1] Bir il sonra isə Yure Meqliç İspaniyada üçüncü dəfə Avropa Çempionatlarının qızıl medalına sahib oldu.[1]

Yure Meqliç Sloveniya yığmasının "bir nömrəsi" olmadığına görə 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apara bilmədi.[1] 2015-ci ildə Azərbaycan Kanoe Federasiyası Yure Meqliçi Azərbaycan yığmasının heyətinə cəlb elədi. Yure Meqliç 2015-ci ildə Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Yure Meqliç bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü.

Yure Meqliç Rio-de-Janeyro Olimpiadasında avqustun 8-də mübarizə apardı.[2] Təsnifat mərhələsinin birinci gedişində Yure Meqliç 95.12 saniyə nəticə göstərdi və 14-cü pillənin sahibi oldu.[2] Növbəti gedişdə isə Yure Meqliç 90.70 saniyə nəticə göstərdi və mərhələni 8-ci pillədə başa vurdu.[2] Bununla da təsnifat mərhələsinin nəticələrinə əsasən Yure Meqliç mərhələni 11-ci pillədə başa vurdu və olimpiadanın yarım-final mərhələsinə adladı.[2] Avqustun 11-də baş tutan yarım-final mərhələsində isə Yure Meqliç 145.00 saniyə nəticə göstərdi və mərhələni 14-cü pillədə başa vurdu.[2] Top-10 idmançı final mərhələsinə vəsiqə qazandığına görə Yure Meqliç Rio-de-Janeyro Olimpiadasında mübarizəsini başa vurdu.[2]

  1. 1 2 3 4 5 6 7 Olympedia.org. "Yure MEQLİÇ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 Olympedia.org. "2016 Summer Olympics / Canoeing / Slalom / K1 / Singles / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.