Pərviz Bağırov (10 fevral 1994, Bakı) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi.[1]
Pərviz Bağırov | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Pərviz Füzuli oğlu Bağırov | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Doğum yeri | Mingəçevir, Azərbaycan | ||||||||||||||||
Boyu | 177 sm. (5 ft 6 in) | ||||||||||||||||
İdman növü | Boks | ||||||||||||||||
Məşqçisi | Vüqar Ələkbərov | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Pərviz Bağırov 2012-ci ildə Ermənistanın İrəvan şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuru oldu.
2013-cü ildə isə Pərviz Bağırov Dünya Çempionatlarında debüt elədi.[2] Qazaxıstanın Almatı şəhərində baş tutan turnirdə Pərviz Bağırov 1/32 final mərhələsində Çin Taybeyi nümayəndəsi Vna Yu-Jena (TKO), 1/16 final mərhələsində isə Moldova nümayəndəsi Vasili Belousa (3:0) qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[2] Bu mərhələdə isə o, son olimpiadanın bürünc medalçısı olan İtaliya nümayəndəsi Vinçenzo Mansiasapreya məğlub oldu (0:3) Dünya Çempionatında mübarizəsini başa vurdu.[2]
2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. Pərviz Bağırov 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı.[3] Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi.[3] İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Abbas Barau oldu.[3] Bu görüşdə də Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Coş Kelli oldu.[3] İyunun 26-da baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə isə onun rəqibi son Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Olesandr Besputin oldu.[3] İyunun 27-də baş tutan final görüşündə Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pərviz Füzuli oğlu Bağırov "Şöhrət" ordeni ilə təltif edildi.[4]
Daha sonra Pərviz Bağırov Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[5] Turnirin 1/8 final mərhələsində Meksika nümayəndəsi Marvin Kabrera Vergaraya qalib gələn (3:0) Pərviz Bağırov, 1/4 final mərhələsində 2012-ci il London Olimpiadasının qalibi olan Kuba təmsilçisi Roniel İglesiası da məğlub elədi (2:1) və turnirin yarım-final mərhələsinə adladı.[5] Bu mərhələdə o, Qazaxıstan nümayəndəsi Daniyar Yeleussinova məğlub oldu (0:3) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[5] Pərviz Bağırov həm də olimpiya lisenziyasına sahib oldu və Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[6]
Pərviz Bağırov Rio-de-Janeyro Olimpiadasında avqustun 11-də mübarizə apardı.[6] Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Süleyman Sissoxo ilə üz-üzə gəldi.[6] Görüşün nəticəsinə əsasən Pərviz Bağırov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Rio-de-Janeyro Olimpiadasında mübarizəsini başa vurdu.[6][7]
Rio-de-Janeyro Olimpiadasından sonra Pərviz Bağırov 2017-ci ilin iyununda baş tutan Avropa Çempionatında mübarizə apardı.[8] Turnirin 1/8 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Simeon Çamova qalib gəlsə də (4:1), 1/4 final mərhələsində Ukrayna təmsilçisi Yevgen Barabanova məğlub oldu (0:3) və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[8]
Daha sonra Pərviz Bağırov 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[9] Pərviz Bağırov turnirin 1/8 final mərhələsindəcə Monqolustan nümayəndəsi Byambin Tüvsşinbata məğlub oldu (1:4) və çempionatı medalsız başa vurdu.[9]
Dünya Çempionatı | Qazaxıstan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Olimpiya Oyunları | Braziliya | |||
Avropa Çempionatı | Ukrayna | |||
Dünya Çempionatı | Almaniya |