Abdulqədir Abdullayev (17 iyul 1988, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi.[1]
Abdulqədir Abdullayev | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Abdulqədir Abdullayev | ||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Doğum yeri | Aquşa rayonu, Dağıstan MSSR | ||||||||||||||||
Boyu | 188 sm. (6 ft 7 in) | ||||||||||||||||
İdman növü | Boks | ||||||||||||||||
Məşqçisi | Məhəmməd Arifhacıyev | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Abdulqədir Abdullayev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını 8-ci pillədə başa vurdu. Bundan sonra Abdulqədir Abdullayev bir müddət WSB-də mübarizə apardı.
Abdulqədir Abdullayev 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı.[2] Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Hamori ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Pol Omba-Bionqolo oldu.[2] Bu görüşdə də Abdulqədir Abdullayev rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[2] Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Sadam Məhəmmədov oldu.[2] İyunun 26-da baş tutan görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Gevorg Manuhyan oldu.[2] İyunun 27-də baş tutmalı olan görüşdə rəqib zədə səbəbilə mübarizə aparmadı və Abdulqədir Abdullayev Birinci Avropa Oyunlarının qalibi oldu.[2] Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Abdulqədir Abdulla oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi.[3]
Avropa Oyunlarından sonra Abdulqədir Abdullayev Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[4] Turnirin 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Çouaib Bouloudinata qalib gələn (3:0) Abdulqədir Abdullayev 1/4 final mərhələsində Argentina təmsilçisi Yamil Peraltanı da məğlub elədi (3:0) və turnirin yarım-final mərhələsinə adladı.[4] Bu mərhələdə o, Kuba nümayəndəsi Erislandi Savona məğlub oldu (0:3) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[4]
Dünya Çempionatında olimpiya lisenziyasına sahib ola bilməyən Abdulqədir Abdullayev 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[5] Turnirin 1/8 final mərhələsində Litva nümayəndəsi Tadas Tamasaushasa (3:0), 1/4 final mərhələsində isə İrlandiya təmsilçisi Darren O'Neilla (3:0) qalib gələn Abdulqədir Abdullayev, 1/4 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Lourens Oholiyə məğlub oldu (0:3).[5] Turnirin üçüncü pilləsi uğrunda görüşdə isə o, Ukrayna nümayəndəsi Gevorg Manuhyan üzərində qələbə qazandı (3:0) və Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin elədi.[5]
XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu.[6] Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev olimpiadanın 1/8 final mərhələsində Fransa Pol-Omba Bionqolo ilə üz-üzə gəldi.[6] Həmin görüşün üçüncü raundunda Abdulqədir Abdullayev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[6] Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Rüstəm Tulaqanov oldu.[6] Görüşün birinci raundunda Abdulqədir Abdullayev rəqibinə qalib gəlsə də, növbəti raundlarda məğlub oldu.[6] Nəticədə görüşü məğlub başa vuran Abdulqədir Abdullayev medalın bir addımlığında mübarizəsini dayandırdı və Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.[6][7]
Rio-de-Janeyro Olimpiadasından sonra Abdulqədir Abdullayev 2017-ci ilin iyununda baş tutan Avropa Çempionatında mübarizə apardı.[8] Turnirin 1/8 final mərhələsində o, Şotlandiya nümayəndəsi Scott Forresta qalib gəlsə də (3:2), 1/4 final mərhələsində İngiltərə təmsilçisi Klevon Klareya məğlub oldu (KO) və Avropa Çempionatında mübarizəsini başa vurdu.[8]
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | |||
Olimpiya Oyunları | Braziliya | |||
Avropa Çempionatı | Ukrayna |