Yadigarov Davud bəy Sadıq bəy oğlu (19 (31) may 1882[1], Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 31 avqust 1947[1], Nyu-York ştatı[1]) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.
Davud bəy Yadigarov | |
---|---|
Davud bəy Sadıq bəy oğlu Yadigarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 (31) may 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1947[1] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Atası | Sadıq bəy Yadigarov |
Anası | Olga Rusiyeva-Korçibaşeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor (1919) |
Döyüşlər |
Davud bəy Yadigarov 1882-ci ildə[2] Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi.[3]
1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.[4]
Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi[5] və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.[6][7][8]
1920-ci il 28 aprel işğalından sonra Davud bəyin taleyi məlum deyil.
31 avqust 1947-ci ildə vəfat etmişdir. Məzarı Nyu-York ştatının Nanuet qəsəbəsindəki rus-pravoslav qəbiristanlığındadır.[2]