Yaqub Quliyev

Yaqub Allahqulu oğlu Quliyev (25 yanvar 1900, Şuşa20 dekabr 1942) — Sovet Ordusunun general-mayoru, İkinci Dünya müharibəsi iştirakçısı

Yaqub Quliyev
Yaqub Allahqulu oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Fəaliyyəti hərbi lider[d]
Mükafatları "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni

Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də füsunkar Qarabağın Şuşa şəhərində dünyaya gəlib[1]. Milliyətcə azərbaycanlıdır[2][3][4][5]. 1942-ci ilin dekabr ayında altmış birinci süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafı döyüşlərin birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə təltif olundu[6].

Hər iki generalımızın - Həzi Aslanovun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstərmişlər. Bu döyüşlərdəki əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quliyev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli ada layiq görüldü[7].

  1. "Кулиев Ягуб Аллахгулу оглу, генерал-майор, защитник Москвы и Сталинграда". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
  2. Мадатов Г. А. Азербайджан в Великой Отечественной войне Советского Союза. Элм, 1975. с. 84.
  3. Şəmistan Nəzirli: “Yaqub Quliyev əslində şuşalı və azərbaycanlıdır”
  4. "Süvari generalı Yaqub Quliyev". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  5. Саркисов А. А. Военный талант народа // Известия АН АзССР. Сер. истории, философии и права. — 1975. — № 2. — С. 46.
  6. "Süvari generalı Yaqub Quliyev". 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
  7. AZƏRBAYCAN OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ. "Ədalət" qəzeti.-2012.-1 may.-S.7. Arxivləşdirilib 2014-03-11 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]