Murad Gəray bəy Tlexas

Tlexas Murad Gəray (15 avqust 187329 may 1920, Bakı, Azərbaycan SSR) — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. Əslən çərkəzdir.

Murad Gəray bəy Tlexas
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1873(1873-08-15)
Vəfat tarixi 29 may 1920(1920-05-29) (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
  • Mixaylovski Artilleriya Məktəbi[d]
Fəaliyyəti zabit
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-mayor

Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Mixail artilleriya məktəbini bitirdikdən sonra Rusiyanın bir sıra bölgələrində xidmət etmişdi. Tlexas milli tərkibli qoşun hissələrinin sıralarında xidmətə Müsəlman korpusunun təşkilindən sonra başlamışdı. 1918-ci il yanvarın 1-də bu korpusa qəbul edilən Tlexas 2-ci topçu briqadasının komandiri təyin olunmuşdu. Əlahiddə Azərhaycan korpusunda Tlexas topçu müfəttişi vəzifəsini icra edirdi. O, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfındən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdəndir.

Əlahiddə Azərbaycan korpusu 1918-ci il avqustun 13-də ləğv edilərkən Tlexas Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu komandanlığının topçu müfəttişliyinə qəbul olunmuşdu. Hərbi Nazirlik bərpa edildikdən sonra hərbi nazir Səməd bəy Mehmandarovun ordu qərargahının formalaşdırılması ilə bağlı 1918 il 15 noyabr tarixli əmrilə Tlexas Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin rəisi təyin olundu. O, topçu hissələrinin təşkilinə, topçu əmlakının mühafızəsinə və bölüşdürülməsinə rəhbərlik edirdi. Orduda iki topçu briqadası və bir neçə əlahiddə topçu taboru təşkil olunmuşdu. Ləki stansiyasındakı mərkəzi topçu anbarı və onun Kürdəmirdəki bölməsi də topçu şöbəsinə tabe idi. S. Mehmandarovun 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsi genişləndirilərək, Topçu idarəsinə çevriləndən sonra da Tlexas bu qurumun rəisi vəzifəsində saxlanıldı. Tlexas 1919-cu ilin yanvarında qoşun hissələrinin, hərbi idarə və müəssisələrinin ştat və maaş cədvəlini müəyyənləşdirməli olan komissiyanın tərkibinə daxil edilmiş, həmin ilin iyununda isə Gürcüstandan satın alınmalı olan hərbi texnika, silah və sursat, habelə ərzağını qəbulu komissiyasmın sədri təyin olunmuşdu. Onun rəhbərliyi ilə alınmış çoxlu top, atıcı silah, texniki ehtiyat hissələri, ərzaq üç eşelonla Azərbaycana yola salmmışdı. 1919-cu il sentyabrın 13-də Tlexas hərbi nazirin təqdimatı ilə Dövlət Müdafıə Komitəsi tərəfındon Bakı İstehkamçılar hissəsinin rəisi təyin olundu. Bu struktur Denikin təhlükəsinin mövcud olduğu dövrdə şəhərin müdafiəsini təşkil etməli və Bakıda asayişin sabitliyini qorumalı idi. Tlexas Bakının hərbi general-qubernatoru vəzifəsini də öz üzərinə götürmüşdü. Onun rəhbərliyi ilə Bakının qurudan və dənizdən müdafıəsi üçün konkret tədbirlər həyata keçirildi, şəhər ətrafında müdafıə zolaqları quruldu. S.Mehmandarovun 1919-cu il 4 dekabr tarixli əmri ilə Topçu idarəsinin rəisi vəzifəsindən azad edilən Tlexas bundan sonra bütün diqqətini yalnız Bakının müdafıəsinin və asayişin təşkilinə yönəltməli idi. 1919-cu il dekabrın 10-da Bakının hərbi general-qubernatoru vəzifəsini daha səmərəli icra etməsi üçün Tlexas Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsindən azad edildi. Aprel işğalından (27 aprel 1920) sonra həbs olunan Tlexas bolşevik Əli Bayramovun qətlində ittiham olunaraq ölümə məhkum edildi və 29 may 1920-ci ildə güllələndi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]