Aspərəsti

AspərəstiAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Aspərəsti
41°16′04″ şm. e. 48°42′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 326 (2009) nəfər
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Aspərəsti xəritədə
Aspərəsti
Aspərəsti

Asparəsti oyk, mür. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Vəlvələçayın sahilindədir. Əslində Asparastə olmalıdır. Yerli əhalinin verdiyi məlumata görə, oykonim tat dilindəki əs (at) və parusta (düşmə) sözlərindən düzəlib, "atın dağdan üzü aşağı düşə bildiyi cığır" mənasındadır. Tədqiqatçılara görə isə aspa (türk dillərində "sürgün", "dağ aşırımı, dağ yolu"; "ağcaqovaq") və rəstə (İran dillərində "yaşayış yeri, kənd") komponentlərindən ibarət olan bu coğrafi ad "dağ aşırımında kənd, dağ yolunda kənd" deməkdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629