Qımılqışlaq (Quba)

QımılqışlaqAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[1]

Qımılqışlaq
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Əhalisi
Əhalisi 656 (2009) nəfər
  • Bu kənd Sovet vaxtı salınan kəndlərdən biridir. 1932-ci ildən Qımılqışlaq adlanır.
  • Qımılqışlaq oyk., mür.
  • Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır.
  • Yaşayış məntəqəsinin əsasını Quba rayonu Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
  • Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar.
  • Əvvəllər Qazmalar, bir müddət Qımılpalasa da adlanmış, sonra isə palasa sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adını Qımılqışlaq almışdır.[2]

Mədəniyyəti və Təhsili

[redaktə | mənbəni redaktə et]
  • Quba rayonu Qımılqışlaq kəndi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ilə bitişik və eyni adlı kəndlərdir.
  • Kənd rayon mərkəzinə 25 km, Xaçmaz rayonuna 10 km məsafədədir. Məsafə yaxınlığına görə Xaçmaz rayonuna avtobus marşurut xətti ilə təmin olunub.
  • Kənd yolu 2019 - cu ildə Quba rayonu Hacıhüseynli kənd yoluna kimi asvaltlanmışdır.
  • Kənddə 11 illik tam orta məktəbi fəaliyyət göstərir.
  • Kənd kitabxanası fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
  • Düzən ərazilər üstünlük təşkil edir.
  • Kəndin quraq və subtropik iqlimi var.
  • Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıya alınmaya əsasən kənddə 656 nəfər əhali yaşayır.[3]

Kommunal xətlər

[redaktə | mənbəni redaktə et]
  • Kəndin elektirik, qaz və internet xətləri Xaçmaz rayonundan təmin olunur.
  • Kənd əhalisinin içməli suyu subartezian su quyusundan təmin olunur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  • Kənd əhalisi əsasən meyvəçiliklə qismən tərəvəzçiliklə və heyvandarlıqla məşğul olur.
  • Kənd təsərrüfatı suvarma suyu Samur - Abşeron kanalından təmin olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629