Afurca


AfurcaAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir[1].

Afurca
41°09′39″ şm. e. 48°36′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 970 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 693 nəf. (2008)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4021
Xəritəni göstər/gizlə
Afurca xəritədə
Afurca
Afurca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afurca oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Adını ərazidəki eyniadlı şəlalədən almışdır. Bu şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Afurca kəndi də həmin şəlalənin yaxınlığında yerləşir. "Afurca" sözü tədqiqatçılar tərəfindən belə izah edilir: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş forması. Toponim a (ab) "su", fur/for "aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su aşağı sıçrayan (tökülən) yer, şəlalə" deməkdir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Afurca kəndinin iqlimi Azərbaycanın şimalının iqlimi ilə eynidir. Kəndin aşağı hissələri yay ərzində xüsusilə nəmişlik olur. Kənddən təqribən 3–4 km aralıda Afurca şəlaləsi yerləşir ki, hər yay 100 minlərlə turist və yerli əhali burda istirahət edir. Gözəl təbiəti və saf havası var.

Afurca kəndi seyyidlər (övliyalar) diyarıdır. Afurca kəndindən olan lakin sonradan Şamaxı rayonu ərazisinə yerləşən Şeyx Abdurrahman həmin seyyidlərdən (övliyalardan) biridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 719 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[3]

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]