Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.
Rustov | |
---|---|
41°15′03″ şm. e. 48°34′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 571 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4000 |
Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.[2]
Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII-XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.[3]
Kəndin əhalisini tatlar təşkil edir.Rustov qəsəbəsi tərkibində 12 (oniki) kənd var ki onların əhalisi irandilli qrupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşamaqdadır.Tat xalqının ən qədim yaşayış yerlərindən biridir. Rustov tat dilində (rusta) yəni kənd və ya kəndli mənası verir. Tatların öz milli tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.[4]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |