Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Qrızdəhnə | |
---|---|
41°14′22″ şm. e. 48°18′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 164 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[1]
Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi. Lakin tədricən kənd boşalmış və indiki vəziyyətə düşmüşdür. Əhalinin çox hissəsi kənd ətrafına və Quba şəhərinə köçmüşlər. Qədim Qrız kəndinin qalıqları, muasir kənddən 6 km aralıda meşəlikdə, iri qayalıqların ətəyində saxlalnılıb. Kənddə əhali çox azdır. Sakinlər qrız dilini xatırlasa da, əsasən azərbaycan dilində danışırlar. Köhnə adət-ənənələr qismən də olsa saxlanılıb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 164 nəfər əhali yaşayır.[2]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |