Müşfiq Bayram oğlu Mecidov (8 mart 1997; Göylər, Şamaxı rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Müşfiq Mecidov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göylər, Şamaxı rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Göylər |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2016; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Müşfiq Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.
Müşfiq Mecidov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə baş kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Mecidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]