Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Kürd Mahruzlu | |
---|---|
39°12′57″ şm. e. 46°44′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır.[2] Əsl adı "Kürd Mafruzlu" olmuşdur.[3]
Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır.[3] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.[3]
14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.[5]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |