Müqəddəs Məryəm kilsəsi (Ərəkül)

Müqəddəs Məryəm kilsəsiXocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir.

Müqəddəs Məryəm kilsəsi
Kilsənin dövrümüzə çatmış xarabalıqları
Ölkə  Azərbaycan
Şəhər Xocavənd rayonu
Yerləşir Arakül kəndi
Aidiyyatı Erməni Həvari kilsəsi
Sifarişçi Makiç Qriqoryan
Tikilmə tarixi 1902-1907
Üslubu Erməni memarlığı
Vəziyyəti xarabalıqları qalır
Müqəddəs Məryəm kilsəsi (Azərbaycan)
Müqəddəs Məryəm kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir.[1] 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir.[1]

1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir.[1] Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir.[2] Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur.[2]

20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir. Üçnefli bazilikanın günbəz ilə birlikdə olan hündürlüyü 18 metrə bərabərdir. Günbəz tağlar vasitəsilə dörd gözəl pilon tərəfindən saxlanılır. Kilsənin divarları yaşı yonulmuş yerli qumdaşından inşa edilmişdir.[2]

Kilsənin interyeri eksteryeri ilə müqayisədə daha cazibədardır. İşıqlı və geniş ibadət zalı yonma naxışlı memarlıq elementləri ilə ziyarətçisinə ciddi təsir buraxır.[2]

  1. 1 2 3 Мкртчян, 1989. səh. 106
  2. 1 2 3 4 5 Мкртчян, 1989. səh. 107
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989