Yerəruyk bazilikası

Yerəruyk məbədiQərbi Azərbaycanda (indiki Ermənistan respublikası), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk [1][2] məbədi.

Yerəruyk bazilikası
Երերույքի տաճար
Xəritə
40°26′23″ şm. e. 43°36′33″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yerləşir Şirak mərzi, Anipemza kəndi
Aidiyyatı EQK
Tikilmə tarixi V əsr
Vəziyyəti yarıdağılmış
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyaiii,iv,vi
Təyin edilib1995
İstinad nöm.10
DövlətErmənistan
RegionAvropa
İstinad nöm.8.13/2
KateqoriyaMəbəd
ƏhəmiyyətiDünya əhəmiyyətli
Yerəruyk bazilikası (Ermənistan)
Yerəruyk bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılmışdır. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər.[3]

Məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olmuşdur. Şörəyel // Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır.[4]

Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.[5]

Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınmışdır.[6]

  • Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В.1994, səh.25-28.
  1. Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 82 – 83
  2. Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 162 – 166
  3. М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст 35 – 36
  4. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, ADN, 1994, səh 94 - 97
  5. Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 25 - 28
  6. "The basilica and archaeological site of Yererouk (#)". 2008-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.