Müqəddəs Məryəm Ana kilsəsi (Nic)

Müqəddəs Məryəm Ana Bulun Kilsəsi (udi Ĭvĕl Mariyami Nanay Bulun Gergeś, erm. Սուրբ Աստվածածին եկեղեցի) — Qəbələ rayonunun Nic qəsəbəsində, kəndin yuxarı (udi bulun) məhəlləsində yerləşən tarixi abidə.

Müqəddəs Məryəm Ana kilsəsi
Ĭvĕl Mariyami Nanay Bulun Gergeś
Müqəddəs Məryəm Ana Kilsəsi, 2024
Müqəddəs Məryəm Ana Kilsəsi, 2024
Xəritə
40°56′22″ şm. e. 47°39′50″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Qəbələ rayonu
Yerləşir Qəbələ rayonu
Tikilmə tarixi 1890
Uzunluğu 25.73 metr
Eni 13.74 metr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın (xarici ölçüləri: 25.73 x 13.74 metr) qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var.

Cənub girişinin timpanumuna həkk olunmuş, 2020-ci ildəki bərpaya qədər mövcud olmuş bir yazıya görə, 1890-cı illərə aiddir və öncəki adı "Müqəddəs Bakirə Kilsəsi" (erm. Սուրբ Աստվածածին) olmuşdur: "1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189..." (erm. Ի 1890 Թ(ՎԻ)Ն ՍԿՍՈՒԵՑ ԱՅՍ ՆԻԺ ԳԻՒՂԻ ՎԵՐԻՆ ԹԱՂԻՍԱ(ՍՏՈՒԱ)ԾԱԾԻՆ ԵԿԵՂԵՑՒՈՑ ՇԻՆՈՒԹԻՒՆԸ ԱՍԱՐԱԿՈՒԹՅԱՆ ԾԱԽՔՈՎ ԱՒ(ԱՐ)Տ 189. Թ.։)[1]

Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi udi əsilli keşişlər siyahıya alınmışdır[2]:

  1. Xaçatur Ter-Hovhannes oğlu Martirosyants (d. 1794, Calut monastırında dini xidmətə qəbul edilməsi 1832, kilsədə xidmət illəri 1832-1857) və Hovhannes Martiros oğlu Şirvanyants (d. 1801, xidmətə qəbul edilməsi 1832)
  2. Avaq Ter-Xaçatur oğlu (1857-1860)
  3. Avetis Ter-Xaçatur oğlu (1861-1864) və Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1864-cü ilədək Avetis ilə birlikdə)
  4. Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1868) və Hovhannes Koliyants
  5. Zərrab kəndindən Astvatzatur Arzuman oğlu Simeonyants (1872)
  6. Qalust Stepanyan Palçyants (dini xidmətə qəbul edilməsi 1876, Ağbat monastırı, 1908-ci ilədək)
  7. Mkrtç Şirvanyants (1890-cı ildən Qalust ilə birlikdə, 1898-ci ildə oğlu Meliksedek ilə dəyişdirilməsi üçün iş qaldırıldı)
  8. Arşak Arzuman oğlu Palçyants (d. 1867, dini xidmətə qəbulu 1892, kilsədə xidmət illəri 1892-1899)
  9. Böyük Söyüdlü kəndindən Arşak Ter-Nerses oğlu Ter-Hovhannisyants 1915-ci ildə kilsədə xidmət üçün namizəd kimi irəli sürüldü.

Kilsə 2020-ci ilin noyabrında Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir.[3]

  1. Karapetyan, Samvel. Armenian Lapidary Inscriptions of Boon-Aghvank (PDF). Research on Armenian Architecture. səh. 42. 2022-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-20.
  2. "A BRIEF HISTORICAL INTRODUCTION ON NIZH VILLAGE". Archived from the original on 2012-05-18. İstifadə tarixi: 2021-10-20.
  3. "İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.