Naxçıvanın mineral bulaqları — Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərəçay ilə Əylisçay çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara "Tanrı möcüzəsi" kimi inam gətirilərək, "yel suyu", "sirli su", "şor su" və başqa adlar deyilmişdir. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilmişdir.
Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.[1]
Biləv mineral bulağı — Biləv kəndindən 15 km şimal-şərqdə Ulu çayın sol sahilindədir.
Ələhi mineral bulağı — Ələhi kəndindən 500 metr cənub-qərbdə, Gilançay dərəsində qoşa bulaqlardan ibarətdir.
Gənzə mineral bulağı — rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) "Jeleznovodsk" mineral suyunun analoqudur. Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə suyu kimi istifadə olunur.
Kilit mineral bulağı — Kilit kəndi yaxınlığında iki yerdən çıxan mineral bulaqlardır. Zəif minerallaşmış karbonqazlı su Rusiyadakı “Darasun” (Çita vilayəti) tipli olaraq müalicə məqsədilə istifadə edilir.
Kotam mineral bulağı — rayon mərkəzindən 8 km şərqdə Kotamçayın dərin dərəsində, Kotam kəndindən 5 km aralıdadır.Zəif minerallaşmış karbonqazlı suyun tərkibində hidrokarbonatla kalsium duzları vardır. Daxili xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Nəsirvaz mineral bulağı — okean səviyyəsindən 2400 m. yüksəklikdə Nəsirvaz kəndində bir neçə yerdən bulaqlar qaynayıb çıxırlar. Zəif minerallaşmış karbonqazlı hidrokarbonatlı sulfatlı, natriumlu-kalsiumlu-maqneziumlu sudur. Tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli mineral suyunun analoqu olmaqla, daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Nüsnüs mineral bulağı — Nüsnüs kəndindən 600 metr qərbdə, rayon mərkəzindən 7 km aralı Şamxalçayın sahilindədir. Zəif minerallaşaraq, hidrokarbonatlı-kalsiumlu-karbonqazlıdır. Mineral su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Parağa mineral bulağı — Parağa kəndindən 1,5 km aralı, okean səviyyəsindən 1785 m. yüksəklikdə üç yerdən qaynayaraq çıxır. Zəif minerallaşmış sulfatlı, kalsiumlu-maqneziumlu su daxili xəstəliklərin müalicəsində (18-20 Cº) istifadəsi əhəmiyyətlidir.
Pəzməri mineral bulağı — Pəzməri kəndinin yaxınlığında “Pəzməri təpəsi”ndədir. Bura rayon mərkəzindən 37 km (Ordubad-Unus yolunda) məsafədə dağ yolu gəlir. Zəif minerallaşmış karbonqazlı suyun dadı turşməzə olaraq (2-27 mq/litr ekvivalentdədir) coddur. Daxili xəstəliklərin müalicəsində (sutkada 1 litr (18-20 Cº) içmək) əhəmiyyətlidir.
Tivi mineral bulağı — Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır. Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli mineral suyunun analoqudur. Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içmək əhəmiyyətlidir.[1]
Ametist (Ametustos) mineral bulağı — Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur.Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20-30 Cº) vanna qəbul etmək olar. Qədim 30 Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər.
Badamlı — Badamlı kəndindən 3 km cənub-qərbdə, okean səviyyəsindən 1274 m. yüksəklikdə bir neçə bulaqlar vardır. 1949-cu ildən mexaniki surətdə istehsal gücü artırılmış və sənaye üsulu ilə 0,5 litrlik şüşə qablarda satışa çıxarılmışdır. Haliyyədə plastik qablarda müxtəlif ölçülü və keyfiyyətli istehsalına sifarişçilərin sayı artmışdır. "Badamlı" suyu mədə-bağırsaq, sidik yolları və qaraciyər xəstəliklərinin müalicəsində içilməsi əhəmiyyətlidir. Minerallığı zəif olduğundan süfrə suyu kimi də istifadə edilir.
Batabat mineral bulağı — Naxçıvandan 65 km məsafədə okean səviyyəsindən 2445 metr yüksəklikdədir.Zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Biçənək mineral bulağı — Biçənək kəndindən 2 km aralı meşədəki qum daşları arasındakı çatlardan çıxır. Zəif minerallaşmış sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Girdəsər mineral bulağı — Badamlı mineral bulağından 1,5 km cənubqərbdə yerləşir. Zəif minerallaşmış su karbonqazlı, sulfatlı-hidrokarbonatlı, maqneziumlu-kalsiumlu-natriumludur. Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir.
Gömür mineral bulağı — Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir. Zəif inerallaşmış sudan revmatik və dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər kursda 10-15 dəqiqə, T 25-35 Cº) əhəmiyyətlidir.
Karvansara mineral bulağı — Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30-40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar.
Qəleyli mineral bulağı — Batabat yaylasında “Zor bulaq”dan 150 metr şərqdədir. Suyun tərkibi zəif minerallaşmış karbonqazlı olduğundan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) əhəmiyyətlidir.
Sələsüz mineral bulağı — rayon mərkəzindən 7 km qərbdə Sələsüzlə Əzizbəyov kəndlərinin arasındadır. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-sulfatlı, maqneziumlu-natriumlu-kalsiumludur. Bulaqda tədqiqat aparılmasa da, bir sıra daxili xəstəliklərin müalicəsi üçün (18-20 Cº) əhəmiyyətlidir.[1]
Cəhri mineral bulağı — Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya kənddə Kərbəlayi Əziz bulağı da deyirlər. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur. Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir.
Əshabi-Kəhf mineral bulağı — Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir. Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir.
Qızılvəng mineral bulağı — Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz su anbarı dəryaçasından isə 300 metr aralıdadır. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara “Astaabad bulaqları” da deyilirdi. Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın "Pyatiqorsk" (Şimali Qafqaz) suyunun oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir.
Quyuludağ mineral bulağı — Sirab kəndi yaxınlığında, Sirab mineral su yatağından 4 km qərbdədir. Suyun tərkibi karbonqazlı, orta dərəcədə minerallaşmışdır. Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə etmək olar. Yay aylarında bulağın suyu azalaraq sutkada 80–75 m³/gün olur.
Sirab — Sirab kəndindən 3 km şimalda, okean səviyyəsindən 1100 m. yüksəklikdədir. Orada kimyəvi tərkiblərinə görə üç tipdə mineral bulaqlar vardır. Həmin su yataqları 1966-ci ildə elmi şəkildə öyrənilmişdir.
Vayxır (bulaq) — Naxçıvan şəhərindən 18 km şimalda kəndin şimalqərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə, bir neçə sayda mineral bulaqlar çıxır Kimyəvi tərkibinə görə mineral sular iki qrupa ayrılırlar. İkinci qrupdan olan bulağın suyu Sirab mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən “Vayxır” mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır. Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir. Vayxır suyunun osmotik qatılığı, insandakı qan plazmasının qatılığına uyğun gəldiyindən daxili xəstəliklərin müalicəsində əvəzolunmaz təbii mineral sudur.
Sürəməlik mineral bulağı — qədim Sürəməlik kəndindən 5 km. şimal şərqdə, okean səviyyəsindən 1400 m. yüksəklikdədir. Zəif minerallaşmış bulağın suyu Eosen əhəngdaşlı qumdaşları layından çıxaraq, tərkibi karbonqazlı, dəmirlidir. Elmi şəkildə öyrənilməmişdir.[1]
“Armudlu” mineral bulağı — Düdəngə kəndi yaxınlığındadır. Zəif minerallaşmış su hidrokarbonatlı-kalsiumlu-maqneziumludur. İçilməsi həkim məsləhəti olmalıdır.
Şərur mineral bulağı — Şərur şəhərindən 8 km. cənub-qərbdədir. Zəif minerallaşmış, karbonqazlı su hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur. Ağızbüzücü xassəli, mineral su daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir.[1]
Şaxtaxtı mineral bulağı — Şaxtaxtı kəndinin cənub-şərqində, okean səviyyəsindən 1000 m. yüksəklikdədir. Mineral bulağın suyu Naxçıvan Muxtar Respublikası ərazisində yeganə hidrogen-sulfidli, zəif minerallaşmış, sulfatlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumludur. Mineral bulağın suyunun analoqu Rusiyadakı "Piyatiqorsk" (Şimali Qafqaz) mineral suyu olmaqla insandakı revmatik və oynaq ağrıları xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (10 kurs 10-15 dəqiqə, T 35-45 Cº) əhəmiyyətlidir.[1]
“Bahadur” mineral bulağı — Heydərabad qəsəbəsindən 1,5 km. cənubda, okean səviyyəsindən 1050 m. yüksəklikdə bir neçə sayda bulaqlar vardır. Zəif minerallaşmış bulaq suları karbonqazlı, hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur. Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir.
Dəhnə mineral bulağı — "Sədərək su nasosu" stansiyasından 2 km. qərbdə Vəlidağın yamacından 2,5 km. aralıdadır. Orta dərəcədə minerallaşmış, Rusiyadakı "Piyatiqorsk" (Şimali Qafqaz) “Batolin” tipli müalicə əhəmiyyətli sudur. Sudan qurtumla (18-20 Cº) içməklə daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Sədərək mineral bulağı — Qaraburun təpəsinin yamacında okean səviyyəsindən 1020 m. yüksəklikdə bir neçə sayda mineral bulaqlar vardır.[1]
Ağşal mineral bulağı — Ərəfsə kəndi ətrafında 20-dək mineral bulaqlar vardır. Ərəfsə kəndindən 2 km. cənubda Ağşal dərəsində, okean səviyyəsindən 1890 m. yüksəklikdədir.
Başkənd mineral bulağı — Baş Anzır kəndindən 1,5 km. şimalda, okean səviyyəsindən 2340 m. yüksəklikdədir. Eyni kimyəvi tərkibli bulaq suyundan okean səviyyəsindən 2100 m. hündürlükdə “Gilanarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulağın suyu Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli suyunun analoqu kimi daxili xəstəliklərin müalicəsində istifadə edilə bilər. Mineral sular elmi şəkildə öyrənilməmişdir.
Darıdağ mineral (termal) bulağı — Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Həmin sudan Polşada “Kudova”, Fransada "Lua-Bulbul", Almaniyada "Dürkgeym", Rusiyada "Sineqorsk" (Saxalin y.a) termal bulaqları da vardır. Darıdağ termal mineral suyunun tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir
Mineral sulardan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar. Ərazidə 1977-ci ildən fəaliyyət göstərən Darıdağ Karbonqazı Zavodunda yeni avadanlıqlar quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR Mineral Sular Birliyinin öhdəsindədir.
Dərəlik mineral bulağı — Culfa-Naxçıvan avtoyolundan 2 km. aralıqda, Əlincə çayın sahilindədir. Mineral su yatağı 170 metr dərinlikdə qazılmış tuf daşdan çıxır. Mineral suyun tərkibi Radonlu (Rn 350), karbonqazlı, zəif minerallaşmış hidrokarbonatlı-xlorlunatriumlu-kalsiumlu-maqneziumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyu tiplidir. Həmin sudan sinir və ürək-damar sistemi, revmatik və dəri xəstəliklərinin müalicəsində (vanna qəbul etməklə) istifadəsi əhəmiyyətlidir.
Dərəşam mineral bulağı — Araz çayının dərəsində bir neçə yerdən çıxaraq axıb çaya tökülür.Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur. Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin müalicəsində istifadə etmək olar. Mineral bulaqlar sərhəd zolağında olduğundan yaxşı olardı ki, bulağın suyu plastik borularla sərhəddən kənara çəkilib gətirilərdı.
Dingə mineral bulağı — Qazançı kəndindən 5 km şimaldadır. Zəif minerallaşmış bulağın suyu, hidrokarbonatlı-sulfatlı-maqneziumlu-kalsiumlu-natriumludur. Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi istifadəsi (18-20 Cº) əhəmiyyətlidir.
Ərəfsə mineral bulağı — Əlincəçayın sağ sahilində kənddəki "Ağşal" bulağının yaxınlığındadır. Zəif minerallaşmış suyun tərkibi, karbonqazlı, hidrokarbonatlı-natriumlu-kalsiumlumaqneziumludur. Gürcüstanda çıxan "Borjomi" tipli suyun analoqudur. Mineral sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Güleymar mineral bulağı — Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən çıxır. Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır. Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır. Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir. Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir.
Gülüstan mineral bulağı — Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli mineral su çıxmışdır. "Gülüstan" mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" və Babək rayonundakı "Sirab" mineral sularının analoqudur.
Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, "Gülüstan" markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. 37 Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır.
Həvi mineral bulağı — Ərəfsə kəndindən 6 km məsafədə okean səviyyəsindən 2050 m yüksəklikdədir. Mineral suyun dadı turşməzə olmaqla axdığı yerdə dəmir oksidini qırmızımtıl izləri vardır. Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Xoşkeşin mineral bulağı — Rayon mərkəzindən 34 km məsafədə Əlincəçayın sol sahilində Zəngəzur dağ silsiləsinin yamacındadır. Mineral bulağın suyu eyniadlı kənddəki yeraltı travertin mənşəli süxurun çatlarından çıxır. Orta dərəcədə minerallaşmış mədən suyu karbonqazlı, xlorlu, hidrokarbonatlı-sulfatlı-natriumludur. Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Qazançı mineral bulağı — Qazançı kəndindən 2,5 km cənub-şərqdə Əlincəçayın sahilində iki yerdən çıxır. Mineral suyun tərkibində 31 mq/litr həcmində dəmir oksidi olduğundan, su arxında qırmızımtıl çöküntü izləri qalmışdır. Suyun tərkibi zəif minerallaşmış və debüt əmsalı da aşağıdır. Həkimin məsləhəti ilə mədə-bağırsaq xəstəliklərinin müalicəsində, (sutkada 0,5-1 litr) içilməsi əhəmiyyətlidir.
Ləkətağ mineral bulağı — Ləkətağ kəndi yaxınlığında, okean səviyyəsindən 2350 m yüksəklikdə, dərin mineral su quyusunun ətrafında əlavə dörd sayda mineral bulaqlar da vardır. Zəif minerallaşmış bulaqların kimyəvi tərkibi karbonqazlı, hidrokarbonatlı-kalsiumlumaqneziumludur.
Nəhəcir mineral bulağı — Nəhəcir kəndi yaxınlığında, Naxçıvan şəhərindən 14 km məsafədə, okean səviyyəsindən 1700 m yüksəklikdədir. Zəif minerallaşmış karbonqazlı su, kimyəvi tərkibinə görə Rusiyanın "Yessentuki" (Şimali Qafqaz) tipli mineral bulağının analoqudur. Mədən suyundan vanna qəbul etməklə (10-15 dəq.) və sutkada 0,5 litr miqdarında qurtumla içmək dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.
Teyvaz mineral bulağı — Teyvaz kəndindən 2 km cənub-qərbdə Teyvazçayın məcrasında okean səviyyəsindən 1785 m yüksəklikdədir. Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca azdır. Mütəxəssislər tərəfindən öyrənilməsə də sudan dəri səpkiləri ilə qaşınmaları, ayaqlardakı göbələk (qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etmək (10 kurs 40-50 Cº) əhəmiyyətlidir. Mineral sudan həkimin məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba qarşı qısa müddətli qar-qara etmək olar.
Kola mineral bulağ — Ləkətağ kəndi yaxınlığında Kolasu çayının mənbəyində bir neçə yerdən çıxır. Zəif minerallaşmış su karbonqazlıdır. Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.[1]