Qırızdəhnə

QrızdəhnəAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Qrızdəhnə
41°14′22″ şm. e. 48°18′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 164 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qrızdəhnə xəritədə
Qrızdəhnə
Qrızdəhnə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[1]

Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi. Lakin tədricən kənd boşalmış və indiki vəziyyətə düşmüşdür. Əhalinin çox hissəsi kənd ətrafına və Quba şəhərinə köçmüşlər. Qədim Qrız kəndinin qalıqları, muasir kənddən 6 km aralıda meşəlikdə, iri qayalıqların ətəyində saxlalnılıb. Kənddə əhali çox azdır. Sakinlər qrız dilini xatırlasa da, əsasən azərbaycan dilində danışırlar. Köhnə adət-ənənələr qismən də olsa saxlanılıb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 164 nəfər əhali yaşayır.[2]

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
  • Nazlı bulaq şəlaləsi
  • Məst Dərgah

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629