Seyid İbrahim Əfəndi

Seyid İbrahim Əfəndi (170119 may 1783, İstanbul) — Osmanlı şeyxülislamı, xəttatı.

Seyid İbrahim Əfəndi
12 sentyabr 1782 – 19 may 1783
ƏvvəlkiMehmed Şərif Əfəndi
SonrakıDürrizadə Mehmed Ataullah Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1701
Vəfat tarixi 19 may 1783(1783-05-19)
Vəfat yeri
Atası Qazı Osman Əfəndi

1701-ci ildə Giresunun Şəbinqarahisar ilçəsində dünyaya gəldi. Atası üləma zümrəsindən olan Şəbinqarahisarlı Qazı Osman Əfəndidir. İlkin təhsilini tamamladıqdan sonra 1715-ci ildə İstanbula gedərək əmisi oğlu olan Rumeli qazəsgəri Zeynalabdin Əfəndinin yanında yaşadı və onun qızıyla evlənərək kürəkəni oldu. Burada 1718-ci ilədək təhsilini davam etdirən İbrahim Əfəndi bu müddət ərzində qazəsgər katibi Rəfi Əfəndidən yazı dərsləri alaraq xəttatlıq üzrə icazət aldı.[1][2]

1725-ci ildə Zeynalabdin Əfəndinin Məkkə qazılığına təyin edilməsinin ardından onu müşayiət etdi və burada həcc vəzifəsini yerinə yetirdikdən sonra Ciddə naibi oldu. 1730-cu ildə İstanbula çağırıldı və müdərris olaraq xidmət etməyə başladı. Uzun illər müxtəlif mədrəsələrdə xidmət etdikdən sonra 1755-ci ildə Saloniki, 1760-cı ildə isə Şam qazılığına təyin edildi.

23 noyabr 1767-ci ildə İstanbul qazısı olan İbrahim Əfəndi vəzifə müddətini tamamladıqdan sonra naqibüləşraf, ardından 1769-cu ildə ikinci dəfə İstanbul qazılığına təyin olundu. 1770-ci ildə Anadolu qazəsgəri, 1773-cü ildə ikinci dəfə naqibüləşraf, 18 iyun 1776-cı ildə Rumeli qazəsgəri təyin edildi.[3][4] Bu vəzifəsindən 1777-ci ildə azad olundu və rəisül-üləma olaraq anılmağa başlandı. 15 iyul 1779-cu ildə ikinci dəfə Rumeli qazəsgəri təyin edilsə də ertəsi il bu vəzifədən ayrıldı. 12 sentyabr 1782-ci ildə şeyxülislam seçildi. 6 ay 5 gün bu vəzifədə qaldı və 19 may 1783-cü ildə vəzifədə ikən vəfat etdi. Qaynatası olan Qazəsgər Zeynalabdin Əfəndinin yanına dəfn olundu.[1][5]

Onun qısa şeyxülislamlıq dövrü Rusiyanın Krımı ilhaqa hazırlaşdığı və bu məqsədlə Krımda çaxnaşmalar çıxardığı dövrə təsadüf edir. Xəstəliyi və yaşının çox olması səbəbilə bu məsələlərə ciddi bir müdaxiləsi olmasa da, naqibüləşraflığı dövründə Krım məsələsiylə bağlı rus səfiriylə aparılan müzakirələrdə iştirak etdiyi bilinir.[6]

  • Tarik Defteri, İÜ Ktp., TY, nr. 8879, vr. 2b.
  • Çeşmîzâde Mustafa Reşid, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1959, s. 68.
  • Cevdet, Târih, II, 178, 250-251.
  • İlmiyye Salnâmesi, s. 449-550.
  • Sicill-i Osmânî, I, 138.
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 500.
  • Danişmend, Kronoloji2, V, 145.
  1. 1 2 Murâdî, Silkü’d-dürer, I, 12-13
  2. Müstakimzâde, Tuhfe, s. 640
  3. Edib Mehmed Efendi, Târih, İÜ Ktp., TY, nr. 3220, vr. 51a-b, 52a, 53a-b.
  4. Mehmed Şem‘î, Esmâü’t-tevârîh, İstanbul 1295, s. 158.
  5. Devhatü’l-meşâyih, s. 108.
  6. Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), II, 110; III, 46.