Tovuz şəhəri


TovuzAzərbaycan Respublikasının Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsində şəhər,[3] Tovuz rayonunun inzibati mərkəzi. 1947-ci ildə rayon tabeli şəhər statusu almışdır.[4] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha), Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) və Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha), Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha), Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) və Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahələri Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[5]

Şəhər
Tovuz
40°59′32″ şm. e. 45°37′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.520 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6000[2], AZ6001[2], AZ6002[2]
Tovuz xəritədə
Tovuz
Tovuz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin adı yazılı mənbələrdə ilk dəfə 827-ci il hadisələri ilə əlaqədar çəkilib. Erkən orta əsrlərdə alban qalalarından biri də Tavuş qalası idi. XII-XIV əsr mənbələrində Tavuş, Tavus, Tavuz, Taus, Tauz, Tus kimi qeyd olunmuşdur. Tovuş çayının (Tovuz çayının qolu) sağ sahilində hündür dağın başında Tovusqala adlı qədim abidə mövcuddur. Həmin qalanın xarabalığı indiki Ermənistan ərazisindədir. Qala öz adını çayın adından almışdır. İndiki yaşayış məntəqəsi XIX əsrdə salınmış dəmir yolu stansiyası əsasında formalaşmışdır. Stansiya isə sahilində yerləşdiyi çayın adı ilə adlanmışdır.

Tovuz toponiminin yayılma arealı olduqca genişdir. Başqırdıstanda Tovuş adlı çay və kənd, Qazaxıstanda Toüs, Perm vilayətində Tauş, Cənubi Azərbaycanda Taus yaşayış məntəqələri mövcuddur. Bəzi tədqiqatçılara görə, toponim qədim türk dillərində "səsli-küylü" mənasında işlədilən taus sözü ilə bağlıdır. Digər tədqiqatçılar isə onun tov/tav/toy/tau (dağ) və uz/us (zirvə, yüksəklik və s.) sözlərindən ibarət olduğunu göstərirlər. Toponimi həmçinin tayfa adı, "zəif, ensiz su" mənasında işlənən qovuş xalq coğrafi termini və s. ilə bağlayanlar da var. Ermənistanın Şəmsəddin rayonunda eyniadlı çay mövcuddur.[6]

Tovuz yaşayış məntəqəsi kimi 1912-ci ildə alman köçkünləri (kolonistləri) tərəfindən salınmış və Traubenfeld adlandırılmışdır (alm. Traubendfeld"Üzüm sahəsi"). 1941-ci ildə almanlar deportasiya olunmuş, qəsəbənin adı dəyişdirilmişdir. Tovuz 1935-ci ildən şəhər tipli qəsəbə, 1947-ci ildən şəhər statusunu alıb.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Tovuz şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1790 Şiş Quzey düşərgəsi[7] Paleolit Tovuz şəhərindən
qərbdə
Arxeoloji Ölkə
1791 Kurqan[8] Tunc dövrü Tovuz şəhərindən
2 km. cənub-şərqdə
Arxeoloji Ölkə
1792 Birtağlı körpü[9] X əsr Tovuz şəhəri,
Tovuz çayının üzərində
Arxeoloji Ölkə
1793 Karvansaray qalıqları[10] XIV əsr Tovuz şəhəri Arxeoloji Ölkə
1794 Torpaqqala yaşayış yeri[11] III-VII əsrlər Tovuz şəhərindən 12 km. aralı,
Kür çayının sağ sahilində
Arxeoloji Ölkə
1805 Kəhriz[12] XIX əsr Tovuz şəhəri Arxeoloji Ölkə
5178 2 mərtəbəli yaşayış evi[13] 1880-ci il Tovuz şəhəri Memarlıq Yerli
5179 Suvarma qülləsi[14] XIX əsr Tovuz şəhəri Memarlıq Yerli
5180 Yaşayış evi[15] XIX əsr Tovuz şəhəri,
Kəhriz küçəsi, 40
Memarlıq Yerli
5181 Sement zavodunun binası[16] 1912-ci il Tovuz şəhəri Memarlıq Yerli
5700 Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi[17] Qeyd olunmayıb Tovuz şəhəri,
Sabir küçəsi
Monumental və xatirə Yerli
6044 Əvəztəpə qalası[18] Orta əsrlər Tovuz şəhərindən 1 km şərqdə,
dəmiryolunun yanında
Arxeoloji Yerli
6045 Şəhərgah[19] Orta əsrlər Tovuz şəhərindən
4 km cənubda
Arxeoloji Yerli
6046 Qala düzü[20] Orta əsrlər Tovuz-Yevlax dəmir yolunun
sağ tərəfində
Arxeoloji Yerli
6047 Nekropol[21] XVI-XVIII əsrlər Tovuz şəhəri Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəhər Tovuz çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Bakı ilə arasında məsafə 439 km-dir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[22] 12824 6053 6771
2009[23] ↗13520 ↗6431 ↗7089

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhərdə sement, asfalt, konserv, şərab zavodları, yağ-pendir kombinatı yerləşmişdir.

Şəhərdə Tovuz Tarix-Diyarşünaslıq Muzeyi,[30] Tovuz rayon Heydər Əliyev Mərkəzi,[31] Mərkəzi Kitabxana, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları,[32] Rayon Mədəniyyət Evi,[33] 2 №-li və 3 №-li şəhər klubları,[34] Tovuz Dövlət Rəsm Qalereyası,[35] "Şəfəq" kinoteatrı,[36] Tovuz rayon Mədəniyyət və istirahət parkı,[37] Müştəri Xidmətləri Poçt Şöbəsi (AZ6000), Şəhər-1 poçt şöbəsi (AZ6001) və Şəhər-2 poçt şöbəsi (AZ6002)[38] fəaliyyət göstərir.

"Turan" İK və futbol akademiyası Tovuz şəhərini təmsil edir. "Turan" PFK ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.

Şəhərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbi, Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbi, M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbi, Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbi,[39] Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəb-liseyi, eləcə də Uşaq Gənclər İnkişaf Mərkəzi, Uşaq Gənclər İdman — Şahmat məktəbi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi[40] və Tovuz şəhər Aşıq Ə. Rzayev adına Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.[41]

Bundan başqa şəhərdə Tovuz şəhər 1 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 2 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 3 №-li körpələr evi-uşaq bağçası, "Qərənfil" şəhər körpələr evi-uşaq bağçası, Tovuz şəhər 5 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 6 №-li körpələr evi-uşaq bağçası, Tovuz şəhər 7 №-li körpələr evi-uşaq bağçası, "Bənövşə" şəhər körpələr evi-uşaq bağçası və "Lalə" şəhər uşaq bağçası fəaliyyətdədir.[42]

Şəhərdə Tovuz rayon məscidi yerləşir.[43]

Şəhərdə Tovuz Rayon Mərkəzi Xəstəxanası[44] və Tovuz MRX-nın TTTY şöbəsi [45] yerləşir.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106.
  2. 1 2 3 https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  5. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  6. Tovuz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 246. ISBN 978-9952-34-156-0.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  11. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  12. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  13. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  14. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  15. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  16. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  17. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 145" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  18. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  19. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  20. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  21. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  22. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  23. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  24. "Vətən müharibəsi qəhrəmanı Cabbarov Orxan Rövşən oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  25. "Vətən müharibəsi şəhidi Cəlilov Elcan Famil oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  26. "Vətən müharibəsi şəhidi Hüseynov Cavid Natiq oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-01-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  27. "Vətən müharibəsi şəhidi İsmayılov Ceyhun İqbal oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  28. "Vətən müharibəsi şəhidi Məcidov Aqil Aydın oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  29. "Vətən müharibəsi şəhidi Rüstəmov Amil Bədrəddin oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  30. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 8" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  31. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 10" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  32. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 56-57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  33. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  34. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  35. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 108" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  36. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 110" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  37. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 111" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  38. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  39. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  40. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  41. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 6" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  42. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  43. "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 259" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  44. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  45. "Tovuz rayon təcili yardım stansiyası haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]