XƏZƏR TRANSQRESSİYASI

(Xəzərlər-xalqının adından) Xəzər dənizinin Orta Dördüncü dövr transqressiyası, Xəzəryanı ovalığın əsas hissəsini əhatə etmişdir. Хазарская трансгрессия Khazar transgression
XƏZƏR HÖVZƏSİ
XIRDA QUM LƏPƏLƏRİ
OBASTAN VİKİ
Xəzər
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Xəzər monosifonu
Xəzər monosifonu (Elmi adı — Monosiphon caspicus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. Tallom qaytanvari, qarşı-qarşıya və ya növbəli budaqlanmış, bütün tallom boyu aydın görünən 14 sm uzunluqda və 5 mm qalınlıqda mərkəzi oxa malikdir; substrata rizoidlərlə yapışır. Köndələn kəsikdə mərkəzdə 200 sm diametrli, qalın qılaflı böyük hüceyrə görünür ki, o əvvəlcə bir neçə sıra nisbətən kiçik hüceyrələrlə, sonradan daha kiçik hüceyrələrlə əhatələnmiş olur, bunlar əsasən oxdan və müxtəlif sırada yerləşən hüceyrələrdən çıxaraq onu əhatə edən periferik saplarla sıx şaxələnmiş dəstələrdə birləşir. Periferik sapların əsasında olan hüveyrələr silindirikdir, yuxarıda ellipsvari, uc hissədəki hüceyrələr armudvari və ya şarvaridir, çox iridir, 40–60 sm dimaterindədir. Periferik sapların əsasında olan bazal silinrik hüceyrələrdən əsl rəngsiz tükcüklər inkişaf edir. Daşlarda, balıqqulağı və bitki substratlarında 0–19 m dərinlikdə rast gəlinir. Tək-tək fərdlər kimi rast gəlinir, kolluq əmələ gətirmir. Bakı arxipelaqı (Gil adası) ərazisidir. Populyasiyası hal-hazırda azdır və itmə təhlükəsi altındadır.
Xəzər ovalığı
Xəzər ovalığı (qaz. Каспий маңы ойпаты) — Qazaxıstan və Rusiyanın Şərqi Avropa düzənliyində yerləşir. Xəzər dənizinin şimal hissəsini əhatə edir. Xəzər ovalığı şimalda - Obşı Syrt, qərbdə Volqa dağları və Eeqeni, şərqdə - Ural yaylası və Üstyurd ilə əhatə olunmuşdur. Ovalığın sahəsi 200 min km²-dir. Ovalığın maksimal hündürlüyü 149 m-ə qədərdir. Cənub hissəsi isə dəniz səviyyəsindən 28 m aşağıda yerləşir. Ovalığın şimal-qərb hissəsi, Erqeni dağları, Kumo-Manc çökəkliyi və Volqa arasındakı ərazi Qara torpaqlar adlanır. Səhra Xəzər çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.
Xəzər parandrası
Xəzər parandrası (lat. Caspian parandra) — Azərbaycan Respublikasının qırmızı kitabına düşmüş böcək, Sərtqanadlılar dəstəsinə, Uzunbığ böçəklər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Cinsin yeganə nümayəndəsidir. Azərbaycanın endemikidir. Böcək şabalıdı və ya qırmızımtıl – qəhvəyi rəngdədir, qanadüstlükləri çox parlaqdır. Bədəni bir qədər yastılaşmış formada olub, uzunluğu 12 –36 mm-dir. Bığcıqları qısadır, mandibulaları erkək fərdlərdə dişilərinkinə nisbətən daha irirdir və çox əyilmişdir. Pəncələri 5 buğumludur, 3-cü buğum enliləşməmiş və parçalanmamışdır. Bu da primitivlik xüsusiyyətidir.
Xəzər polisifoniyası
Xəzər polisifoniyası (Polysiphonia caspica Kütz.) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemik növüdür. Kolcuq 2-15 sm hündürlükdədir. Tallom qonur-qırmızı, bəzi nümunələrdə demək olar ki, qara, əsasda 0,5-1 mm, yuxarı şaxələnmələrdə 15-30 sm qalınlıqdadır. Mərkəzi oxun əsasında yan sərilmiş budaqlar-stolonlar inkişaf edir ki, bunlar azsaylı uzun və qısa dolaşıq rizoidlərə malikdirlər. Cavan cücərtilər çəngəlvari və növbəli budaqlanır; əvvəlcə uzun, qalın əsas budaqlar, sonra isə nisbətən qısa, nazik budaqlar əmələ gəlir. Yaşlı cücərtilər əsasən nizamsız budaqlanır, çoxsaylı ikinci dərəcəli əvəlcə nazik, sonradan qalınlaşmış yan budaqlarla və nazik budaqlanmış təpə hissə ilə fərqlənir. Qabıq qatı güclü inkişaf etmişdir (cavan hissələr istisna olmaqla), bütün tallomu örtür. Tallomun aşağı köhnə hissəsində mərkəzi sifonun ətrafında rizoidvari saplar inkişaf edə bilər.
Xəzər pələngi
Xəzər pələngi — (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270–295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi "ən az yerli at boyda" deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Xəzər qapısı
Xəzər qapısı (yun. Κάσπιαιπύλαι) — qədim mədəniyyətlər dövründən bəri iki dar sahil keçidini təyin edən tarixi və coğrafi ad. Keçid vastəsi ilə şimalın ibtidai icma şəraitində yaşayan köçəri tayfaları qədim Əhəməni, Midiya və Mesopotamiyanın zəngin əkinçilik mədəniyyətlərinə çıxış əldə edir. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Belə keçidlər Xəzər bölgəsinin təbii relyefində iki əsas yerdə əmələ gəlmişdir. Dərbənd bölgəsində, Xəzər dənizinin qərb sahili ilə Qafqaz silsiləsinin kənarı arasında enən sahil zolağı olan Alban qapıları (Klavdius Ptolemey tərəfindən adlandırırdı) var idi. Xəzər dənizinin o biri tərəfində, İranın müasir Gürgan ərazisində, Gürgan qapısı yerləşir. Həm bunları, həm də digərlərini qorumaq üçün Fars hökmdarları bir sıra güclü müdafiə istehkamları qurmuşlar. Dərbəndin cənubunda yerləşən Dərbənd səddi və dənizin digər tərəfində uzunluğu 200 km-ə qədər olan Böyük Gürgan səddi buna misaldır. Ancaq heç bir sədd fars imperioyalarını xarici işğalçıların istilasından qurtarmamışdır.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.
Xəzər qağayısı
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi. İri parlaq rəngli quşun elədə böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.
Xəzər qonurdişi
Xəzər qoruğu
"Xəzər dövlət təbiət qoruğu" (türkm. Hazar döwlet tebigy goraghanasy;; əvvəlki adları-"Ümumittifaq Qasan-Kuli ornitoloji qoruğu" (1932-1968), "Ümumittifaq Krasnovodski ornitoloji qoruğu") (1968-1994) — Türkmənistan ərazisində, ölkənin qərbində, Xəzər dənizinin cənub -şərq sahilində yerləşir. Qoruğun mərkəzi iqamətgahı Türkmənbaşı (1993 -cü ilə qədər - Krasnovodsk şəhəri) şəhərindədir. Türkmənistan SSR Xalq Komissarları Sovetinin 3 oktyabr 1932-ci il tarixli 252 saylı fərmanı ilə Xəzərin cənub-şərqində su quşlarının və suya yaxın quşların ən böyük qışlama yerlərinin qorunmasını və öyrənilməsini təşkil etmək üçün yaradılmışdır. Qoruğun müasir sahəsi 267.961 hektardır, bunun yarısından çoxunu sahil bataqlıqlarının əhəmiyyətli sahələri və Xəzərin dəniz sahəsi tutur. Qoruq üç hissədən ibarətdir: bir sıra körfəzlər və ətrafında bir kilometr tampon zonası Xəzər (191.261 ha), Esenquli (69.700 ha), bitişik su sahəsi olan, qumluqlardan ibarət Oğurca (türkm. Ogurjaly adasy) adasındakı qoruq (7.000 hektar). Türkmənistan Ətraf Mühitin Mühafizəsi və Torpaq Resursları Dövlət Komitəsinə tabedir. 1923-cü ildə Sovet zooloqu Mixail Konstantinoviç Laptevin başçılığı ilə su quşlarının və suya yaxın quşların qışlama yerlərini öyrənmək və qorumaq məqsədi ilə Xəzər dənizinin cənub-şərq sahillərinə elmi ekspedisiya keçirildi. 1932 -ci ildə qışlayan quşların qorunmasının pisləşdiyini aşkar edən ekspedisiya bu ərazidə təkrar araşdırma apardı.
Xəzər qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Xəzər qızılbalığı
Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır.
Xəzər radiosu
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Xəzər rayonu
Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 11 may 2010-cu il tarixli, 1009-IIIQ saylı Qərarı ilə rayon Xəzər rayonu adlandırılmışdır. Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921–1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən "Qala-Maştağa inzibati rayonu" nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S. Artyom (F. S. Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə "M. Əzizbəyov adına rayon" inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək "Xəzər" adlandırlmışdır. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır.
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.
Xəzər suitisi
Xəzər suitisi (lat. Pusa caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb. Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). Bədənin uzunluğu 150 sm-ə qədərdir, orta çəkisi 75 kq, maksimal çəkisi isə 100 kq-dır. Bədəni nisbətən kökdür, boynun qısa olmasına baxmayaraq, az da olsa nəzərə çarpır, başı böyük deyil. Yastılanmış vibrisin kənarları dalğavaridir. Rəngi fərqli şəkildə dəyişir. Bədənin üst qatı tünd, qarın hissəsi isə açıq boz rəngdədir.
Xəzər susüpürəni
Xəzər söyüdü
Xəzər söyüdü (lat. Salix caspica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Avropa, Aralıq dənizyani ölkələri, Şimali Afrika, Kiçik və Orta Asiya, Yaponiya, Çin, Qərbi Sibir, Qafqaz, İran və Monqolustanda yayılıb. Boyu 3 m-ə çatan, çılpaq, parlaq sarı zoğlu koldur. Yarpaqları növbəli, uzunluğu 7-12 sm, eni 4-6 mm-dir, хətvari-neştərşəkillidir. Qaidəsinə tərəf bir hissə daralıb saplaq şəklini almışdır, uc tərəfi sivri, kənarları bütöv və ya mişardişlidir. Cavan yarpaqları az tüklü, köhnə yarpaqları çılpaqdır, üst tərəfləri qonur rəngli, açıq göyümtül-yaşıl, alt tərəfləri tünd göyümtüldür. Yarpaq saplaqlarının uzunluğu 5 mm-ə qədərdir. Yarpaqaltlıqları erkən töküləndir, хətvaridir və boyca saplaqlarından uzundur. Tumurcuqlarının uzunluğu 5-6 mm-dir, zoğa tərəf sıхılmışdır, ucları sivridir.
Zirə (Xəzər)
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.