xamtorpaqlılar 2021
xamuşan 2021
OBASTAN VİKİ
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Əkbər Xamuş oğlu
Əkbər Xamuş oğlu (əsl adı: Əkbər Əhəd oğlu; 1873, Bağbanlı, Şuşa qəzası – 1928, Ağdam, Ağdam qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Əkbər Əhəd oğlu 1873-cü ildə Şuşa qəzasının Bağbanlar kəndində anadan olmuşdur. Yerli əhali ona atasına görə "Xamuş oğlu", bəzən də Bağbanlar kəndindən olduğuna görə "Bağban Əkbər" deyə müraciət etmişdir. Əkbər gənc yaşlarından yaxın qohumu Qurban Pirimovla birlikdə Qarabağ, eləcə də Şuşa məclislərində xanəndə kimi çıxış etmişdir. O, əsasən, sadə qəzəllər oxumuş, Molla Pənah Vaqif və Qasım bəy Zakir yaradıcılığına üstünlük vermişdir. "Şüştər", "Simayi-şəms", "Üzzal", "Hicaz" kimi muğamları özünəməxsus şəkildə ifa etmişdir. Əkbər Xamuş oğlu 1914-cü ildə Cabbar Qaryağdıoğlunun təklifi ilə Tiflis şəhərinə gedərək səsini qrammofon vallarına yazdırmışdır. O, Qurban Pirimovun müşayiəti ilə "Mənsuriyyə", "Bayatı-Əcəm", "Kürdü-Şahnaz", "Şüştər", "Qatar", "Hisar", "Müxalif" muğamlarını, "Axşam oldu", "Cüt sona" kimi təsnifləri ifa etmişdir. Əkbər Xamuşoğlu Cabbar Qaryağdıoğlu ilə birlikdə "Kərəmi", "Kürdü", "Təsnif əsli" duetlərini ifa etmişdir. Onun oxuduğu "Hisar" və "Müxalif" muğamlarının qrammofon valları var.

Digər lüğətlərdə