XARİCİ VƏTƏNDAŞ

bax əcnəbi.
XAOS
XARİZMATİK LİDER
OBASTAN VİKİ
Vətəndaş
Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür. Vətəndaş — müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. Bu bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Aydoğan Vətəndaş
Aydoğan Vətəndaş (türk. Aydoğan Vatadaş) — Türk yazıçı, jurnalist və tədqiqatçı. 1974-cü ildə İstanbulda anadan olub. 1993-cü ildə Dəniz Litseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrılıb. 1997-ci ildə başladığı Fateh Universiteti İngilis dili və ədəbiyyatı fakültəsindən 2001-ci ildə məzun olub. 1995-ci ildə Aksiyon dərgisində jurnalistlik peşəsinə başlayıb. 1995-2000-ci illərdə Aksiyon dərgisində müxbirlik, redaktorluq və köşə yazarlığı edib. 2000-2004-cü illərdə Zaman qəzetində müxbirlik, redaktorluk və köşə yazarlığı edən müəllif, 2002-2004-cü illərdə Qaraqutu verilişinin rejissor və aparcısı olmuşdur. 1997-ci ildə Timaş nəşriyyatında nəşr olunan ilk kitabı Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi) əsəri ilə diqqət çəkib.
Vətəndaş 13660
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Vətəndaş Keyn
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi. Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır. Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır. Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir.
Vətəndaş cümhuriyyətçiliyi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera. Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar: İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünüidarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K.İ.V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar: İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
Vətəndaş elmi
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş jurnalistikası
Vətəndaş jurnalistikası — internetin inkişafı ilə geniş yayılmış jurnalistika növü və ya alternativ media formasıdır. Vətəndaş jurnalistikası bəzən aşağıdakı kimi də adlanır. iştirakçı jurnalistikası; partizan jurnalistikası; küçə jurnalistikası; demokratik jurnalistika. Vətəndaş jurnalistikası adi vətəndaşların informasiyanın yığılması, təhlili və yayılması prosesində fəal iştirakına əsaslanır. Qeyri-peşəkar müəlliflərin fəaliyyətini nəzərdə tutan vətəndaş jurnalistikası yeni rəqəmsal texnologiyalar ilə qarışdırılmamalıdır. Vətəndaş jurnalistikasının nümayəndələri ya ənənəvi medianın diqqətindən kənarda qalan hadisələri, ya da geniş müzakirə olunan məsələləri daha ətraflı işıqlandıra və ya birinci eşitdiyi mənbədən əldə etdikləri məlumatı (hadisə yerindən video çəkilişlər, şahid ifadələri) verə bilərlər. Vətəndaş jurnalistikasının inkişafına əsasən öz istifadəçilərinə “əsas etibarilə yeni qarşılıqlı əlaqə və interaktiv iştirak mexanizmləri” təqdim edən yeni media kömək edir. İnternet və sosial şəbəkələr sayəsində bu gün məlumatı yaymaq, maraq doğuran məlumatları tapmaq, həmçinin ictimaiyyətin diqqətini müəyyən problemlərə cəlb etmək xeyli asan və rahatdır. Vətəndaş jurnalistikasının nümayəndələri hekayələrini media vasitələri ilə yayaraq müəyyən onlayn auditoriyanı cəlb edə bilirlər. Vətəndaş jurnalistikasının yaxşı, hərtərəfli tərifini sərbəst jurnalist Mark Qlasser verir.
Vətəndaş müharibəsi
Vətəndaş müharibəsi eyni dövlət (və ya ölkə ) daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq və hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. Bu termin eramızdan əvvəl 1-ci əsrdə Roma Respublikasının müxtəlif vətəndaş müharibələrinə istinad etmək üçün istifadə edilən kalka lat. bellum civile sözündəndir. Müasir vətəndaş müharibələrinin əksəriyyəti kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verir. Amerikalı professor, politoloq Patrik M. Reqan "Vətəndaş müharibələri və xarici güclər" (2000) kitabında qeyd etmişdir ki, İkinci Dünya Müharibəsinin sonu ilə 2000-ci il arasında 138 dövlətdaxili münaqişənin təxminən üçdə ikisi beynəlxalq müdaxilə ilə həyata keçirilib. Vətəndaş müharibələri çoxlu sayda insan itkisi və əhəmiyyətli resursların istehlakı ilə nəticələnə bilər. 20-ci əsrin birinci yarısında eyni vaxtda beşdən çox vətəndaş müharibəsi baş vermədiyi halda Soyuq Müharibənin sonuna yaxın 20-dən çox eyni vaxtda vətəndaş müharibəsi baş verdi. 1945-ci ildən bəri vətəndaş müharibələri 25 milyondan çox insanın ölümü, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Vətəndaş müharibələri çox vaxt iqtisadi çöküşlə nəticələnir.
Vətəndaş respublikaçılığı
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Rəqəmsal vətəndaş
Rəqəmsal vətəndaş — insanların onlayn mühitlərdə öz hüquq, vəzifə və öhdəlikləri haqqında məlumatlı olması, bu şüurla internet texnologiyalarından istifadə etmək və onlayn sosial işlərdə iştirak etmək bacarığı. "Rəqəmsal Vətəndaşlıq: İnternet, Cəmiyyət və İştirak" kitabının müəlliflərindən biri olan Karen Mossberger tərəfindən verilən tərifə görə, rəqəmsal vətəndaşlar "internetdən müntəzəm və səmərəli istifadə edənlərdir". Bu mənada rəqəmsal vətəndaş cəmiyyət, siyasət və hökumətlə məşğul olmaq üçün informasiya texnologiyalarından (İT) istifadə edən şəxsdir. Konsepsiyanın daha yeni işlənib hazırlanması zamanı rəqəmsal vətəndaşlıqda vətəndaşlıq ideyasının gücləndirici və demokratikləşdirici xüsusiyyətləri vurğulanmışdır. Bu, rəqəmsal texnologiyalardan istifadə vasitəsilə insanların cəmiyyətdəki rolunun öz-özünə həyata keçirilməsi kimi müəyyən edilmişdir. Bu nəzəriyyələr müasir cəmiyyətlərin getdikcə artan datafikasiyasını nəzərə almağı hədəfləyir. Nəticədə "alqoritmik cəmiyyət" də adlanan "məlumatlı cəmiyyətdə (rəqəmsal) vətəndaş olma"nın mənası kökündən şübhə altına alınır. Bu, sosial həyatın artan datafikasiyası və müşahidə praktikalarının geniş yayılması ilə səciyyələnir. Datafikasiya vətəndaşlıq anlayışı üçün mühüm problemlər yaradır. Belə ki, məlumatların toplanması artıq yalnız məxfilik məsələsi kimi görünmür: Rəqəmsal vətəndaşlıq onlayn əlaqə yaratmaq, etibarlı mənbələr tapmaq və insan hüquqlarını qorumaq və təşviq etmək üçün texnologiyadan məsuliyyətlə və hörmətlə istifadə etməkdir.
Vətəndaş texnologiyası
Vətəndaş texnologiyası — xalq və hökumət arasındakı əlaqəni kommunikasiyalar, qərarların qəbulu, xidmətlərin göstərilməsi və siyasi proses üçün proqram təminatı ilə gücləndirən texnologiya. Bura könüllülər, qeyri-kommersiya təşkilatları, məsləhətçilər və özəl şirkətlərdən ibarət icmanın rəhbərlik etdiyi komandalar tərəfindən qurulmuş proqram təminatı, eləcə də hökumət daxilində işləyən texnoloji qruplar ilə hökuməti dəstəkləyən informasiya və kommunikasiya texnologiyaları daxildir. Elektron hökumət xidmətləri vətəndaş və onların hökuməti (C2G), hökumətlər və digər dövlət qurumları (G2G), hökumət və vətəndaşlar (G2C), hökumət və işçilər (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. ABŞ qeyri-kommersiya təşkilatı olan "Knight Foundation"dan 2013-cü il hesabatı vətəndaş texnologiya məkanında müxtəlif fokusların xəritəsini tərtib etməyə çalışır. Bu, vətəndaş texnologiyası layihələrini geniş şəkildə iki kateqoriyaya ayırır: açıq hökumət və icma fəaliyyəti. İndiki dövrdə vətəndaşlara sosial media vasitəsilə də öz nümayəndələrinə çıxış imkanı verilir. Onlar "Twitter" və "Facebook" kimi platformalar vasitəsilə öz narahatlıqlarını birbaşa hökumət rəsmilərinə bildirə bilirlər. Keçmişdə onlayn səsvermənin yerli seçkilər üçün səsvermə variantı olması halları olmuşdur. Məsələn, 2000-ci ildə Arizona seçkilərində bu üsul tətbiq olunduqda, əvvəlki seçkiyə nisbətən iki dəfə çox fəallıq müşahidə edildi. Hökumətdə vətəndaş texnologiyasının yaxşı idarəetmə texnikasını təmin etdiyi, lakin ədalətli demokratik təmsilçiliyi təmin etmək üçün yetərli olmadığı iddia edilir.
Vətəndaş millətçiliyi
Vətəndaş millətçiliyi — vətəndaş millətinin dəyəri ətrafında qurulan və siyasi azadlıq, liberal demokratiya, siyasi plüralizm, tolerantlıq, tolerantlıq, bərabərlik və insan hüquqları kimi ənənəvi liberal dəyərlərə sadiq qalan millətçiliyin əhatəli forması. Vətəndaş millətçiləri milli kimliyin dəyərini müdafiə edərək, insanların mənalı, muxtar həyat sürməsinin zəruri olduğunu və demokratiyaların düzgün fəaliyyət göstərməsi üçün buna ehtiyac olduğunu müdafiə edirlər. Vətəndaş millətçiliyi çox vaxt etnik millətçiliklə ziddiyyət təşkil edir. Ernest Renan erkən vətəndaş millətçilərindən hesab olunur == Vətəndaş milləti == Vətəndaş milləti — müəyyən bir dövlətdə ortaq vətəndaşlıq ətrafında qurulmuş siyasi kimlikdir. Beləliklə, vətəndaş milləti onun dili və ya mədəniyyəti ilə deyil, vətəndaşlarının dəstəkləməyə söz verdiyi siyasi institutlar və liberal prinsiplər ilə müəyyən edilir. Vətəndaş millətinə üzvlük bu dəyərləri bölüşən hər kəs üçün açıqdır. Nəzəri olaraq, vətəndaş xalqı və ya dövləti bir mədəniyyəti digərindən üstün tutmağa çalışmır. Alman filosofu Yurgen Habermas iddia edirdi ki, liberal demokratik dövlətdə immiqrantlar qəbul etdikləri ölkənin mədəniyyətinə assimilyasiya edilməməli, ancaq ölkə konstitusiyasının prinsiplərini qəbul etməlidir. Liberal millətçiliyin daha müasir tərifini Yuli Tamir özünün klassik Liberal Millətçilik kitabında və həmçinin onun daha yeni kitabında “Niyə Millətçilik” kitabında təklif edir. Hər iki kitab iddia edir ki, müasir demokratiyalar xalqın özünü idarə etməyə layiq siyasi varlıq kimi özünü müəyyən etməsinə imkan verən milli çərçivə olmadan yaşaya bilməz.
Xarici birləşmə
xarici birləşdirmə– verilənlər bazalarının idarə olunmasında: relyasiya cəbrinin deyimi. Xarici birləşdirmə genişləndirilmiş birləşmə əməlini yerinə yetirir ki, nəticədə bir cədvəlin ikinci cədvəldə dublikatı olmayan sətirləri sıfır qiymətlərlə birləşmiş yekun cədvələ daxil edilir. Məsələn, SİFARİŞÇİ və MAL cədvəlləri üçün xarici birləşdirmə nəticədə heç bir mal sifariş etməmiş (mal sütunlarının qiyməti sıfır olan) sifarişçinin adı olan sətirlər və heç bir sifarişçi tərəfindən sifariş olunmamış (sifarişçi sütunlarının qiyməti sıfır olan) malların adı olan sətirləri yaradacaq; təbii ki, hansı sifarişçinin hansı malları sifariş etdiyini göstərən sətirlər (daxili birləşdirmə) istisna olunmaqla. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Xarici istiqraz
Xarici məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xarici planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Xarici siyasət
Xarici siyasət — digər dövlətlərin davranışına təsir göstərmək və ya öz davranışını beynəlxalq mühitə uyğunlaşdırmaq üçün dövlətin həyata keçirdiyi fəaliyyətlər sistemi. Xarici siyasətin başlıca məqsədi milli maraqların müdafiəsidir. Xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri mövcuddur ki, onların içində ən əhəmiyyətlisi diplomatiyadır. Müharibələr də xarici siyasətin həyata keçirilmə vasitələrindəndir. Xarici siyasətin təbiətinə beynəlxalq münasibətlər elmində müxtəlif fərqli yanaşmalar mövcuddur. Bir yanaşma belə hesab edir ki, dövlətin xarici siyasəti onun daxili siyasətinin davamı və ya bir növ xarici uzantısıdır. Başqa yanaşmanın tərəfdarları, xüsusən də beynəlxalq münasibətlər elmində neorealist məktəbin nümayəndələri isə, əksinə, iddia edirlər ki, xarici siyasətin formalaşmasında daxili siyasət heç bir rol oynamır. Kennet Volts buna klassik misal kimi Soyuq müharibə illərində Sovet və ABŞ xarici siyasətlərini nümunə göstərir. Belə ki, siyasi və sosial-iqtisadi quruluşlarında, eləcə də hakim ideologiyalarında fundamental fərqlər və ziddiyyətlər olmasına baxmayaraq hər iki dövlət, demək olar ki, oxşar xarici siyasət yürüdürdü. Neorealistlərin fikrincə xarici siyasətin əsas determinantı Beynəlxalq sistemin strukturudur.
Xarici təsir
Xarici təsir (ing. externality) və ya xarici effekt iqtisadi nəzəriyyədə — bazarın vasitəçiliyi ilə olmayan bir bazar əməliyyatının üçüncü tərəflər üzərində təsiri. Konsepsiyanın əsasları 1920-ci ildə Artur Sesil Piqu tərəfindən İqtisadi Rifah nəzəriyyəsində təqdim edilmişdir. "Xarici" ifadəsinin özü 1958-ci ildə Pol Samuelson tərəfindən gətirilmişdir. Xarici təsirlər olduqda, bazar tarazlığı təsirsiz hala gəlir: "ölü çəki" meydana çıxır, Pareto səmərəliliyi pozulur, yəni bazar fiyasko meydana gəlir. Xarici xüsusiyyətlər, bir ailənin və ya firmanın hərəkətləri digər ev təsərrüfatlarının və ya firmaların xərclərini və mənfəətlərini birbaşa təsir etdikdə meydana gəlir və bu yan təsirlər bazar qiymətlərində əks olunmur. Xarici təsir bazar əməliyyatlarında qiymətlərdə əks olunmayan xərclər və faydalardır. Bu təsirlər malların istehsalı və ya istehlakı nəticəsində özünü göstərir. Xüsusi, xarici və sosial xərclər və faydalar arasında fərq qoyun. Xarici cəhətlər əlverişli ola bilər - müsbət xarici təsirlər və ya xarici faydalar, əlverişsiz - mənfi xarici təsirlər və ya xarici xərclər.
Xarici valyuta
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.