XAŞ
XAŞXAŞ
OBASTAN VİKİ
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Əfqan Kamil oğlu Xaşalov 1997-ci il iyunun 7-də Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində anadan olub. 2010-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Cavid Qurbanzadədir. Zenit İdman Cəmiyyətinin üzvüdür. == Karyerası == Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl, 2015-ci ildə isə yeniyetmələr arasında Dünya Çempionatında isə gümüş medala sahib olub. 2016-cı ildə Fransa, 2017-ci ildə isə Almaniyada baş tutan gənclər arasında Avropa Çempionatlarının da qalibi olub. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsinin veteranıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

вольтерья́нство высту́киваться гриль-ба́р двуно́сый избра́нничество мензура́льный отсе́иваться по́хоть тоскова́ние тут упусти́ть фи́тнесс-зал парла́мент голет -че crown jewels package pettifoggery Potsdam ruby sulphur washwoman Wiltshire дедовский ласкательный хлебозаготовки