XAŞAL

sif. dan. Sallaq (yekə) qarın, şişman.
Burnu biz, qarnı xaşal; Bu pis, löyün başdı birə. Aşıq Ələsgər.
Qarnı xaşal, qurşağı örkən kimi; Gözləri göy, sinəsi xırman kimi. Ə.Nəzmi.
[Həşim] əllərini xaşal qarnının üstündə çarpazladı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XAŞAL yekəqarın — qarınlı
XAŞAK
XAŞALIQ
OBASTAN VİKİ
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı. Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.

Digər lüğətlərdə