yanacaqdolduran
yanacaqkeçirən
OBASTAN VİKİ
Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi — nəqliyyat vasitələrinin yanacaqla təmin olunması üçün nəzərdə tutulmuş yol kənarında yerləşən məntəqə. Məntəqədə, karbohidrogen, benzin, dizel, maye qaz və bu kimi məhsullar təqdim edilir. Bundan başqa nisbətən daha az yayılan avtomobil qaz dolduran kompressor (avtomilləri sıxılmış təbii qazla təmin edir) və avtomobil qaz doldurma (avtomobili durulaşdırılmış neft qazı (LPG) ilə təmin edir) məntəqələri də mövcuddur. Həmçinin hidrogen yanacaq doldurma məntəqələrini bir neçə tipi var. Benzin və yanacağın başqa növləri, ilk dəfə apteklərdə satılmağa başlandı. Bu aptek sahibi üçün bu əlavə qazanc mənbəyi və əlavə biznes hesab edilirdi. Yanacaq məhsulları ilk təmin ilk belə aptek Visloh (Almaniya) şəhərində yerləşirdi. Bu aptekdə ilk dəfə avtomobili çənini dolduran Karl Bensin həyat yoldaşı Berta Bens olmuşdur: Beləki, Berta Bens 1888-ci ildə Manheymdən Pforsheymə və əksinə yola düşməzdən əvvəl avtomobil çənini məhz bu aptekdə doldurmuşdur. 2008-ci ildə bu hadisəni əbədiləşdirmək Berta Bens memorial lövhəsi qoyulmuşdur.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış
Mahaçqalada yanacaqdoldurma stansiyasında partlayış (rus. Взрыв на АЗС в Махачкале) — Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində 2023-cü ilin 14 avqust tarixində, yerli vaxtla axşam 21:40 radələrində baş vermiş güclü partlayış hadisəsi. == Hadisə == Hadisə 2023-cü ilin 14 avqust tarixində yerli vaxtla axşam saat 21:40 radələrində, şəhərin şimal hissəsində yerləşən köhnə yanacaqoldurma məntəqəsinin inzibati ərazisində baş verib. Partlayış nəticəsində yüzdən çox insanın xəsarət aldığı qeyd olunur. Yaralılardan ən azı on nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, ağır yaralıların xüsusi təyyarə ilə Moskvaya çatdırılması nəzərdə tutulub. Şahidlərin dediyinə görə, alov ərazidəki avtoservisdən yanacaqdoldurma məntəqəsinə keçib. Dağıstan başçısı Sergey Melikov bildirib ki, partlayış yanacaq məntəqəsi yaxınlığında baş verib və çənlər buna görə alışıb. Dağıstan Yanacaqdoldurma Məntəqələri Assosiasiyasının rəhbərinin sözlərinə görə, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi küçənin qarşı tərəfində qanunsuz olaraq 35 ton trotil ekvivalentində 90–100 ton ammonyak nitrat yığılıb və nəticədə partlayışın təsiri dağıdıcı olub. Artıq gecə saatlarında yanğınsöndürənlər alovun söndürülməsinə nail olub.