yandırılmış

sif. brûlé, -e ; ~ evlər maisons f pl brûlées

yanda
yandırmaq
OBASTAN VİKİ
Yandırılmış torpaq siyasəti
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü. 21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır.
Yandırılmış torpaq taktikası
Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu. "Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir. 1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur. Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur. 1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə).. Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir.

Digər lüğətlərdə