YARIÇILPAQ

s. half-naked

YARICİDDİ
YARIDƏYMİŞ
OBASTAN VİKİ
Yarıçılpaqlıq
Yarıçılpaqlıq və ya yarımçılpaqlıq kişi və ya qadının gövdəsinin qol nahiyəsindən başlayaraq başına qədər qədər çılpaq olmasıdır. Yalnız bədəni çılpaq olduğu halda yarıçılpaq üzmə və ya idman və yaxud da festivallar kimi irimiqyaslı tədbirlər geniş formada yayılmış olan ümumi təcrübədir. İctimai və ya siyasi fəaliyyət məqsədilə də yarıçılpaq və yaxud da bütünlükdə çılpaq formada qeyri-qanuni aksiyalar, hərəkətlər də baş verə bilər. FEMEN təşkilatının keçirmiş olduğu aksiyalar buna misaldır. Yarıçılpaqlığın həm kişilərdə, həm də qadınlarda döş hissəsinin görünməsi səbəbindən cinsi istəyi artırdığı iddia edilir. Tarix boyu bu cür yarıçılpaq əmək fəaliyyətinə xüsusən kişi fermerlər, mədənçilər və digər işçilər arasında çox geniş formada rast gəlinmişdir. Qadınların yarıçılpaq formada olmaları bəzi yerli icmalarda normal, bəzilərində isə sərt formada qarşılanır. Bu cəmiyyətin adət-ənənələrinə, mədəniyyətinə, dünya görüşünə, tarixi keçmişinə, əxlaq kodekslərinə və s. amillərə görə dəyişiklik göstərə bilir. Bəzi feminist qruplar yarıçılpaq formada gəzməyin qadınların ən təbii haqqı olduğunu iddia edirlər.

Digər lüğətlərdə