yarımxordalılar

yarımxordalılar
yarımxordalı
yarımış
OBASTAN VİKİ
Yarımxordalılar
Yarımxordalılar (lat. Hemichordata) — heyvanlar aləminə aid heyvan tipi. Əvvəllər xordalıların yarımtipi hesab olunurdu. Xordayabənzər orqanın (notoxordanın) olması, qəlsəmə yarıqlarının inkişafı və embrioial inkişafın bəzi xüsusiyyətləri bunları birləşdirir. Lakin xordalılardan fərqli olaraq yarımxordalıların bədəni 3 hissədən: xortum və ya baş lövhəsindən, boyunluqdan və bədəndən ibarətdir. Müasir bağırsaqtənəffüslülər, lələkqəlsəməlilər sinfi və qazıntı halında tapılan qraptolitlər sinfi yarımxordalılara aiddir.