YAXŞI

1. YAXŞI Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: “Eyibsiz gözəl olmaz” demişdir (S.S.Axundov); EYİ (köhn.) Atalıq borcu eyi tərbiyənin qeyri deyil; Yoxsa bir işdədir insanlar ilə heyvanlar (M.Ə.Sabir); XOŞ (dan.) [Güləbətin:] ...Heç olmasa bunlar xoş bir gün görsünlər (M.İbrahimov); XUB (kl.əd.) Xub çəkilib qəddi-dallar; Ağ üzündə qara xallar (Aşıq Ələsgər); PAKİZƏ, YAMAN (dan.) Lakin cavanlığımı çox yaman keçirmişəm (N.Nərimanov); SALEH (köhn.) Ağa Səttar: Bəli, elə kişidən şəksiz saleh övlad qalacaqdır (M.F.Axundzadə); YÖNLÜ (dial.) Sən heç yönlü şey yersən ki, əməl eləsən (ADDL).

2. yaxşı bax gözəl 1, 2

YAXMAQ
YAXŞILIQ

Значение слова в других словарях