…YAŞAR

употреб. в сочет. с колич. числит. и указывает на возраст (о животных). İkiyaşar двухгодовалый, üçyaşar трехгодовалый. Üçyaşar at трёхгодовалая лошадь
YAŞAMAQ
YAŞARMA
OBASTAN VİKİ
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. == Həyatı == Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir. Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Aydəmirov
Yaşar Məhəmməd oğlu Aydəmirov (Qusar) — Azərbaycan hərbçisi, general-leytenant. == Həyatı == == Karyerası == Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.1991-ci il "Horadiz əməliyyatı" na rəhbərlik edənlərdən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Yaşar Babayev
Yaşar Babayev ( ) — sovet futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır == Həyatı == Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib. Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir. Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb. Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında dünyasını dəyişmişdir.
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Yaşar Böyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. == Yaradıcılığı == İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Yaşar Büyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bəşirov
Yaşar Bəşirov — Azərbaycan Karate Federasiyası idarə heyətinin üzvü (2023–h.h.); Azərbaycan Milli Karate Federasiyasının sabiq prezidenti (–2023); Dünya və Avropa çempionu, əməkdar idman ustası; "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi; biologiya elmləri namizədi. Eyyub Bəşirovun oğlu, Xanlar Bəşirovun qardaşıdır.
Yaşar Cəlilov
Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, DQMV) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor. == Həyat fəaliyyəti == Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir. 1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri == Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.
Yaşar Fərmayıloğlu
Yaşar Fərmayıloğlu (4 sentyabr 1969, Arıqıran, Gədəbəy rayonu) – ifaçı və yaradıcı aşıq. == Həyatı == Yaşar Fərmayıl oğlu Həsənov 4 sentyabr 1969-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində müəllim ailəsində doğulub. O, ulu mənəvi sərvətimiz olan aşıq1ıq sənətinə hələ 5 yaşında ikən, Seyfəddin Xəliloğlunun həzin ifalarının təsiri ilə gəlib. Yaşar Fərmayıloğlu orta təhsilini 1976–1986-cı illərdə doğma Arqıranda alıb. Orta təhsil aldığı vaxt məktəbin bütün tədbirlərində sazla çıxışlar edib. 1987–1989-cu illərdə hərbi xidmətdə olan Yaşar Fərmayıloğlu, hərbi xidməti bitirdikdən sonra aşıqlıq sənətini peşəkar düzeydə davam etdirib. 2008-ci ildə onun "Sarıtel laylası" adlı audio-kaset və diski işıq üzü görüb. Yaşar Fərmayıloğlu hazırda Bakıda yaşayır və paytaxtda düzənlənən əksər aşıq tədbirlərində çıxış edir. Onun ən çox sevdiyi hava (və özünün "şah ifas"sı) "Sarıtel"dir. Yaşar Fərmayıloğlu yaradıcı aşıqdır, Ailəlidir, iki oğul atasıdır.
Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018–2023). == Həyatı == Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı. === General rütbəsində === Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.
Yaşar Hüseynov
Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı. == Tərcümeyi-halı == Yaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub. 1987-ci ildə Abdal qəsəbə orta məktəbinin birinci sinfinə gedib. 4 sentyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Abdalın işğal edilməsindən sonra ailəsi ilə birgə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurdu. Evlidir. Bir oğlu və bir qızı var. Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.
Yaşar Həmədani
Əhməd Nik Talab (Adı ilə bilinir:Yawar Həmedani, fars. یاور همدانی‎; 22 aprel 1934, Həmədan – 3 mart 2020, Tehran) — İran yazıçısı və şairi. Harvard Universitetində söylədiyi Saye Sar Alvand adlı kitab Hamadan ləhcəsində qorunub saxlanılır. == Həyatı == 22 aprel 1934-cü ildə Həmədanda anadan olub. İranın fars və türk şairlərindən biridir. 2020-ci ildə Tehranda vəfat edib.
Yaşar Kamal
Yaşar Kamal (türk. Yaşar Kemal, əsl adı türk. Kemal Sadık Gökçeli; 6 oktyabr 1923[…], Göyçədam[d], Türkiyə – 28 fevral 2015[…], İstanbul) — kürd əsilli Türkiyə yazıçısı. == Həyatı == Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şeirləri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub. 1951-ci ildə İstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
Yaşar Karadağ
Yaşar Karadağ (10 aprel 1976, Aralıq, İğdır ili) — 27-ci çağırış TBMM-in millətvəkili. == Həyatı == 1976-cı ildə İğdır-ın Aralıq qəsəbəsinin Çiftlik kəndində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. == Təhsili == Atatürk Universitetinin Coğrafiya müəllimliyi ixtisasını 1997-ci ildə bitirmişdir. == Siyasi karyerası == Gənclik dövründən MHP-nin üzvü olan Yaşar Karadağ müxtəlif dövrlərdə MHP-nin İğdırdakı təşkilatının rəhbəri və ülkü ocaqlarında müxtəlif vəzifələrdə olmuşdur. === Millətvəkili seçilməsi === AKP və HDP-nin 1 noyabr 2015-ci il seçkilərində hərəsinə bir deputat çıxardığı İğdırda 27-ci çağırış seçkilərdə HDP deputat yerini özündə saxlamağı bacarərkən, AKP yerini MHP-yə uduzdu. Beləliklə də Yaşar Karadağ ilk dəfə olaraq deputat kimi TBMM-yə daxil olmuşdur.
Yaşar Kəlbiyev
Yaşar Lətifov
Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. == Təhsili və karyerası == 1987-ci ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirərək "Azneft"in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
Yaşar Mehrəliyev
Yaşar Mehrəliyev (tam adı: Yaşar Topuş oğlu Mehrəliyev; 30 sentyabr 1959; Pürülü, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Kafedra müdiri, riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 1959-cu il, sentiyabrın 30-da Qərbi Azərbaycanın Qafan rayonu, Pürülü kəndində anadan olub. 1966–1976-cı illərdə Qafan rayonunun Gığı kənd orta məktəbində oxuyub. 1977–1982-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var == Təhsili və elmi adları == 1977–1982, tələbə, mexanika-riyaziyyat fakültəsi, BDU. 1988–1990, dissertant, mexanika-riyaziyyat fakültəsi, BDU. 1994, f.-r.e.n., "Petrovski mənada parabolik olan ikitərtibli tənliklər üçün ümumi sərhəd şərtli tərs məsələlər". 2015, R.ü.e.d., Bir sinif xüsusi törəməli diferensial tənliklər üçün tərs sərhəd məsələsi. == Əmək fəaliyyəti == 2018- h/h, Kafedra mediri 1998–2018, Dekan müavini, Mexanika-riyaziyyat fakültəsi, BDU 1999- h/h, dosent, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1988–1999, baş müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995–1997, müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1985–1995, baş elmi işçi, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1983–1985,mühəndis, Hesablama mərkəzi, BDU Apardığı dərslər: Diferensial tənliklər, Riyazi fizika tənlikləri, Xüsusi törəməli tənliklər üçün tərs məsələlər. 202 elmi məqalənin müəllifidir. 2 Riyaziyyat üzrə fəlsəfə doktoru yetişdirmişdir == Elmi maraq dairəsi == Riyazi fizika tənlikləri Xüsusi törəməli tənliklər üçün düz və tərs sərhəd məsələləri Diferensial tənliklərin spektral nəzəriyyəsi Qeyri-xətti funksional analiz == Beynəlxalq seminar, sinpozium və konfranslarda iştirakı == 2000,Zəncan, İran: "Tətbiqi riyaziyyat üzrə ikinci beynəlxalq birləşmiş seminar" 2008, Nalçik, Rusiya: "Rusiya-Azərbaycan beynəlxalq Elbrus simpoziumu" 2008, Gəncə, Azərbaycan: " Riyazi nəzəryyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər " beynəlxalq konfransı 2011, Самара, Россия: Международная конференция "Дифференциальные уравне¬ние и их приложения" 2011, Kyiv, Ukraine: XV International Conference on Dynamical System Modeling and Stability Investigation 2012, L'viv, Ukraine: International Conference dedicated to the 120-th anniversary of Stefan Banach 2013, Kyiv, Ukraine: XVI International Conference on Dynamical System Modeling and Stability Investigation 2013, Ankara, Turkey: The 12th International Workshop on Dynamical Systems and Applications 2013, Minsk, Belarus: International Conference dedicated to the 95th anniversary of Ye.A. Barbashin 2017, Saransk, Russia: XIII International scientific conference "Differential equations and their applications in mathematical modeling" 2017, Thanyaburi, Thailand: The 2¬nd IEEE International Conference on Science and Technology (TICST 2017) == Əsas elmi əsərlərin adları == Обратная краевая задача для параболического уравнения с нелокальными краевыми условиями.
Yaşar Musayev
Yaşar Musayev (tam adı Yaşar Balabəy oğlu Musayev) — Almaniyada qazanılmış "Doktor-mühəndis" elmi dərəcəli, Azərbaycan əsilli alman mühəndisi. Hazırda "Şeffler qrupu" şirkətinin "Səthlərin emal texnologiyası" üzrə senior vitse prezidenti, Schaeffler Baltic şirkətinin baş meneceridir (CEO). == Həyatı və elmi fəaliyyəti == Yaşar Musayev 1967-ci il fevral ayının 3-də Azərbaycan Respublikası Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. Əslən Şamaxı şəhərindəndir. 1984-cü ildə Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. 1984-1991-ci illərdə Azərbaycan Texniki Universiteti, "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə təhsil alır və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra AzTU- da mühəndis tədqiqatçı kimi elmi-pedagoji fəaliyyətə başlayır. 1993-1996-cı illərdə o Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsilini davam etdirmişi. AzTU-da çalışdığı dövrdə maşın hissələrinin funksional səthlərinə diffuziya metodu ilə örtükçəkməklə onların yeyilməyə davamlılığını artırmaq istiqamətində elmi işlərlə məşğul olmuş, bu sahədə Azərbaycanda ilk elmi tədqiqat laboratoriyasını yaratmışdır. Bu laboratoriyada ilk dəfə olaraq kənd təsərrüfatında tətbiq olunan maşınların hissələri üçün bərpa texnologiyaları işlənmişdir. Həmin dövrdə o diffuziya metodu ilə örtükçəkmə texnologiyası üzrə onlarca elmi məqalə, tədris metodiki işləri hazırlamışdı.
Yaşar Məmmədov
Yaşar Məmmədov (14 dekabr 1956, Bakı) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (2015–2017). == Həyatı == Məmmədov Yaşar Qəhrəman oğlu 14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Daxili İşlər Nazirliyinin Minsk Ali Məktəbini bitirmişdir. İxtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin "Avtodetal" zavodunda başlayıb. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. 1977–2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini vəzifələrində xidmət etmiş, Daxili İşlər orqanlarındakı sonuncu iş yeri Ağdaş rayon Polis şöbəsinin rəisi vəzifəsi olmuşdur. 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 1995-ci il tarixli və 30 iyun 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Yaşar Nazıyev
Nazıyev Yaşar Mövlud oğlu – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. 1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir. 1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər. 1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Yaşar Nuri
Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev (3 sentyabr 1951, Bakı – 22 noyabr 2012, Yasamal rayonu) — Azərbaycan teatr və kino aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı, Azərbaycanın xalq artisti (1989), Azərbaycan Respublikasının dövlət mükafatı laureatı (1991). == Həyatı == Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir. == Səhnədə ilk addımları == Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi.
Yaşar Nuriyev
Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev (3 sentyabr 1951, Bakı – 22 noyabr 2012, Yasamal rayonu) — Azərbaycan teatr və kino aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı, Azərbaycanın xalq artisti (1989), Azərbaycan Respublikasının dövlət mükafatı laureatı (1991). == Həyatı == Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir. == Səhnədə ilk addımları == Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi.
Yaşar Qaradağ
Yaşar Karadağ (10 aprel 1976, Aralıq, İğdır ili) — 27-ci çağırış TBMM-in millətvəkili. == Həyatı == 1976-cı ildə İğdır-ın Aralıq qəsəbəsinin Çiftlik kəndində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. == Təhsili == Atatürk Universitetinin Coğrafiya müəllimliyi ixtisasını 1997-ci ildə bitirmişdir. == Siyasi karyerası == Gənclik dövründən MHP-nin üzvü olan Yaşar Karadağ müxtəlif dövrlərdə MHP-nin İğdırdakı təşkilatının rəhbəri və ülkü ocaqlarında müxtəlif vəzifələrdə olmuşdur. === Millətvəkili seçilməsi === AKP və HDP-nin 1 noyabr 2015-ci il seçkilərində hərəsinə bir deputat çıxardığı İğdırda 27-ci çağırış seçkilərdə HDP deputat yerini özündə saxlamağı bacarərkən, AKP yerini MHP-yə uduzdu. Beləliklə də Yaşar Karadağ ilk dəfə olaraq deputat kimi TBMM-yə daxil olmuşdur.
Yaşar Qaraxanov
Yaşar İslam oğlu Qaraxanov (1941) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1987–1989). == Həyatı == Yaşar İslam oğlu Qaraxanov 1941-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 1960-cı ildən "Orconikidzeneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru, Daşkənd Magistral Qaz Kəmərləri İdarəsinin böyük mühəndisi, "Neft kimyası cihazları" xüsusi konstruktor bürosunun mühəndisi, böyük mühəndisi, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin sənaye və nəqliyyat şöbəsinin təlimatçısı olmuşdur. 1970–1973-cü illərdə Bakı elektrotermik avadanlığı zavodunun xüsusi konstruktor bürosunun baş konstruktoru, baş mühəndisi, 1973-cü ildən Azərbaycan KP Nərimanov Rayon Komitəsinin şöbə müdiri, Azərbaycan KP Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrində çalışmışdır. Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının müdavimi olmuşdur. Yaşar Qaraxanov 1979-cu Azərbaycan KP MK yüngül sənaye və xalq istehlakı məhsulları şöbəsi müdirinin müavini, 1981-ci ildən isə həmin şöbənin müdiri olmuşdur. 1987–1989-cu illərdə Azərbaycan SSR ticarət naziri vəzifəsində işləmişdir. Yaşar Qaraxanov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı seçilmişdir.
Qırx Yaşar (Xoy)
Qırx Yaşar (fars. قرخ ياشار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (47 ailə).
Tərlan Nur Yaşar
Tərlan Yaşar oğlu Fərzullayev (20 iyun 1979, Lənkəran) — Azərbaycan aktyoru. "Bacanaqlar" teleserialındakı roluna görə tanınır. "Qonşular", "Aramızda qalsın", "Üç Bacı", "Qız atası" kimi teleseriallarda çəkilmişdir. == Həyatı == Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. == Bioqrafiya == 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
Yaşar Babayev (Gizir)
Yaşar Babayev (futbolçu)
Yaşar Babayev ( ) — sovet futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır == Həyatı == Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib. Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir. Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb. Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında dünyasını dəyişmişdir.
Yaşar Babayev (hərbçi)

Значение слова в других словарях